7000 nəfəri bir araya yığdı - FOTOLAR
Xalq artisti Miri Yusifin Yaşıl Teatrdakı konsert marafonu başa çatıb.
Sonxeber.az xəbər verir ki, üç gün ard-arda sevənlərinin qarşısına çıxan sənətçini izləməyə ümumilikdə 7000-ə yaxın insan gəlib.
Onların sırasında dövlət rəsmiləri, tanınmış iş adamları, məşhurlar və digər sənət nümayəndələri yer alıb.
"SS production"ın təşkilatçılığı ilə gerçəkləşən gecədə 10-dan çox musiqiçi ilə səhnəyə çıxan Miri Yusif canlı ifalarını və hitlərini səsləndirib.
Onun səhnəsinə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov da qonaq olub. "Dostum" duetini Miriylə birgə səsləndirən Xanbabayeva konsertdə iştirakından məmnun olduğunu bildirib.
Natiq Şirinov isə "Ya Qarabağ, ya ölüm" ifasında sənətçiyə yoldaşlıq edib. Vətənpərvər ifa coşquyla qarşılanıb. Fanatları mahnıları müğənniylə birgə oxuyub.
Konsert bitsə də, tamaşaçıların Miri Yusifin səhnədən getməməsini, yenidən ifalar etməsini istəyiblər. "Bir daha!" təkidindən sonra müğənni "Səndən bir dənədir!" hiti ilə konsertə yekun vurub.
Gecədə həmçinin sənətçinin valideynləri Mirheydər Mirbabayev və Adelya Mirbabayeva, həyat yoldaşı Nərgiz Mirbabayeva da iştirak edib.
Qeyd edək ki, ümumi konsert üzərində 50-dən çox komanda üzvü çalışıb. Səhnə dekoru, işıqları ilə fərqlənən tədbir medianın da gündəmində olub.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir