Qaradağda kişinin döyüb evdən qovduğu arvadı əmisi qızı imiş - YENİLƏNİB + FOTO
Daxili İşlər Nazirliyi ötən gün Qaradağ rayonunda fiziki zorakılığa məruz qalan qadın barədə açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırmalar aparılır:
"Hazırda Qaradağ RPİ-də tədqiqat araşdırmaları davam etdirilir. Qadının xəsarətinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib. Verilən rəydən sonra xəsarətin dərəcəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, qadının həyat yoldaşı əmisi oğludur. O, hazırda qohumlarının yanında qalır.
14:07
"Dünən iki qadın fiziki zorakılığa məruz qalıb".
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, qadının biri içki düşkünü olan olan atası və qardaşı tərəfindən yeddi yaşlı övladının gözü qarşısında döyülüb:
"O, 37-ci polis bölməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.
Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm".



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir