"Midtown" hotel və "Bolmart"dakı zəhərlənmə qidadan deyil - AÇIQLAMA
Nəsimi rayonu ərazisində yerləşən "Midtown" hotel və "Bolmart" supermarketində kütləvi zəhərlənmə baş verib.
Məlumata görə, Səməd Vurğun küçəsi, 79D ünvanında yerləşən supermarketin çoxsaylı əməkdaşı qidadan deyil, havadan zəhərlənib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikilidə təmir işləri ilə əlaqədar vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan "Bolmart" supermarketinin və "Midtown" hotelinin havalandırma sistemi ilə sovrulub və obyektlərə ötürülüb.
Nəticədə 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1089 Tarix: 04 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr