Din xadimi: "Qurban kəsmək yalnız Həcc ziyarətində olanlar üçün vacibdir"
"Qurban kəsmək yalnız Həcc ziyarətində olanlar üçün vacibdir".
Sonxeber.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında din xadimi Hacı Şahin Həsənli bildirib.
Onun sözlərinə görə, digər müsəlmanlara qurban kəsmək vacib deyil, lakin qurban bəyənilən bir əməldir:
"Qurban imkanlı insanlar tərəfindən kəsilməlidir. Kimin imkanı varsa, qurban kəsməlidir. qurban bayram günü kəsilir və ehtiyacı olan insanlar arasında paylanılır. Neçə pay verilməsi haqqında dəqiq göstəriş yoxdur. Ailəni təmin edəcək qədər qurban ətinin verilməsi məqsədəuyğundur".
Həmçinin din xadimi onu da vurğulayıb ki, qurban kəsib paylamağın mənəvi əhəmiyyəti və ictimai önəmi var:
"Mənəvi əhəmiyyəti ondan ibarətdir ki, insan qurban kəsməklə rəmzi mənada öz nəfsani hisslərini qurban kəsir, ictimai baxımından da qurban paylaşmaq əhval-ruhiyyəsi yaradır, yoxsulların halına biganə olmamaq üçün buyurulur".
Qeyd edək ki, Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1709 Tarix: 04 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr