"Son zəng"dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı
Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında tapılan naməlum kişi meyitinin kimə aid olduğu müəyyənləşib.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu, rayonun Böyük Bəhmənli kənd 1 nömrəli orta məktəbinin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.
Məlumata görə, Zaur, iyunun 13-də, "Son zəng"dən bir gün öncə yoxa çıxıb. Ötən gün isə onun nəşini sözügedən kanalda suyun üzərində görüblər. Bundan sonra aidiyyəti üzrə məlumat verilib. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub.
Qeyd edək ki, Zaur Süleymanovun intihar etdiyi ehtimal olunur. Ancaq maraqlı məqam ondan ibarətdir ki, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3504 Tarix: 05 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr