"Location"dakı partlayışda zərərçəkmiş 53 şəxsin - TAM SİYAHISI - YENİLƏNİB + VİDEO

"Location"dakı partlayışda zərərçəkmiş 53 şəxsin - TAM SİYAHISI - YENİLƏNİB + VİDEOXəbər verdiyimiz kimi Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı istintaq başa çatıb.

"Kriminalqafqaz" xəbər verir ki, iş üzrə 53 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Onların 34 nəfəri hadisə vaxtı klubda əylənən şəxslərdir. Qalan 19 nəfər isə partlayış anında ətraf ərazidə olan, avtomobilini orada saxlayan, qonşuluqdakı mənzildə yaşayan, obyekt işlədən və s. şəxslərdən ibarətdir.

Zərərçəkmiş kimi tanınan şəxslərin tam siyahısı belədir:

Əzizov Rafiq Əjdər oğlu
Abdullayev Fərhad Kazım oğlu
Əsədzadə Rufanə Mayis
Yusif Elşad Noruz oğlu
Hüseynova Fidan Mahir qızı
İsmayılov Çingiz Nazim oğlu
Hacıyev Əflatun Yalçın oğlu
Rzayeva Təranə Azad qızı
Polat Tugba İrfan
Quliyev Elçin Elçin oğlu
Mehdiyev Əli İmamverdi oğlu
Şərifov Urfan Kənan oğlu
Rzayev Möhübban Mehman oğlu
Nəcəfov Tural Elbəyi oğlu
Əliyeva Kifayət İlqar qızı
Axundova Maya Elçin qızı
Mustafazadə Məhəmməd Elşən oğlu
Ələkbərova Ləman Nəcəf qızı
Baleri Mişel
Quliyev Arslan Nəsir oğlu
Qarayeva Sevil Əli qızı
Hacıyeva Nəzrin Rövşən qızı
Bağırzadə Fəridə Faiq qızı
Zeynalov Samir İmamverdi oğlu
Firuzi Mətin Pərviz oğlu
Məmmədov Məmmədağa Cavanşir oğlu
Murtuzov Tural Həsənqulu oğlu
Quliyev Anar İsmayıl oğlu
Fətəliyev Tural Rövşən
Məmmədov Cavid Etibar oğlu
Şıxaliyev Tural Fəxrəddin oğlu
Qədimalıyev Nicat Nizami oğlu
Qurbanov Kamran Nəriman oğlu
Şükürova Aysel Qüdrət qızı
Eynullayeva Fərqanə Fərhad qızı
Davudlu Lalə Şükrət qızı
Məhərrəmov Ramil Ayətşah oğlu
Mehdiyev Adil Nəsrulla oğlu
Mirzəyeva Zenfira Əvəz qızı
Əliyeva Nnərminə Əli qızı
Əliyeva Soltanə Elman qızı
Hacızadə Təhminə Adil qızı
Məmmədov Şahəddin Ələddin
Momodu Fatimah Semira
Fətullazadə Ayxan Eldar oğlu
Əbdülbağıyev Gülbala Etiqad oğlu
Hüseynova Zakirə Davud qızı
Davudlu Elina Şükrət qızı
Eyvazova Elina Mixail qızı
Asifli Elgün Yaşar oğlu
Məmmədzadə Fariz Rövşən oğlu
Ağazadə Nəzrin Soltan
Yunusova Gültəkin Məhəmməd qızı

İş üzrə təqsirləndirilən şəxs kimi klubun meneceri Orxan Səfərli, administrator Rəsul Rəsulov və FHN-in ərazi inspektoru Ruslan Məmmədov tanınıb.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində ümumilikdə dörd nəfər həlak olub, 34 nəfər yaralanıb. 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

17:51

Bakıda "Location" gecə klubunda aprelin 3-də baş verən partlayışla bağlı keçiriləcək məhkəmənin vaxtı məlum olub.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 18-nə təyin edilib.

İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.

10:30
Bakıda "Location" gecə klubundakı partlayışla bağlı aparılan ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, iş üzrə təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının birinci mərtəbəsində yerləşən "Location" gecə klubunda partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə dörd nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.

Fakt əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food" MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2364   Tarix: 05 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub. 2011-2012-c

5 may
.

İranda "İsa Məsih" TUTULDU

İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha

6 may
.

Uşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki...

Gəncə şəhərində fəaliyyət göstərən "Kuki Kids" uşaq bağçasından biabırçı görüntülər yayılıb. Bu barədə oxuculardan biri -in "qaynar xətti"nə şikayətlə müraciət edib. Bildirilib ki, bağçanın sosial şəbəkə hesablarında uşaqların psixoloji şiddətə məruz qaldığı görüntü paylaşılıb. Videod

5 may
.

Hacı Vəliyevə hökm oxundu

Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"

6 may
.

Onlayn media üçün müsabiqə elan edildi

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir. "Qafqazinfo" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmə

5 may
.

Partlayışda xəsarət alan həkim öldü

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini

5 may
.

Futbol oynayarkən ölən tələbənin - Fotosu

Xəbər verdiyimiz kimi, Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, stadionda ölən 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlunun fotosu yayılıb. Qeyd edək ki, ilkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkü

5 may
.

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Nemət Məmmədovun atası Faxrəddin Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, mərhumun bir müddət imiş ki, səhhəti ilə bağlı problemləri ortaya çıxıbmış. Məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi Nemət Məmmədov Cəbrayıl və Qubadlının azad olunması istiqamətind

6 may
.

Boşanma davası açdığı həyat yoldaşından gələn mesaj qadını şoka saldı - FOTO

Boşanma mərhələsində olan qadın, həyat yoldaşına qarşı məhkəmə iddiası qaldırdıqdan sonra aldığı mesajla böyük şok yaşayıb. Qadın həmin yazışmanı sosial şəbəkədə "həyat yoldaşımın mənə son iftirası" qeydi ilə paylaşıb. türk mediasına istinadən xəbər verir ki, paylaşılan mesajda kişinin həya

6 may