Azərbaycanda 11 uşaq bağçasının müdiri işdən çıxarıldı - YENİLƏNİB + SİYAHI
Təhsil Nazirliyi Azərbaycanda 11 uşaq bağçası müdirinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinq nəticəsində 11 nəfər bağça müdiri tutduğu vəzifədən azad edilib:
"Belə ki, Tərtər rayonunda yerləşən Qazyan kənd körpələr evi-uşaq bağçası, Hacıqərvənd kənd körpələr evi-uşaq bağçası, Bəyimsarov kənd körpələr evi-uşaq bağçası, Hüsənli kənd körpələr evi-uşaq bağçası, və Qarağacı kənd körpələr evi-uşaq bağçası, həmçinin Saatlı rayonu Şirinbəy kənd körpələr evi-uşaq bağçası, Ucar rayonunda yerləşən Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçası və Qarabörk kənd 2 nömrəli körpələr evi-uşaq bağçası, Qax rayonu Meşəbaş kənd 38 nömrəli uşaq bağçası, Lerik rayonunda yerləşən Qosmalian kənd körpələr evi-uşaq bağçası və Hamarat kənd uşaq bağçasının müdirləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".
"Qeyd edək ki, monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub", - deyə Nazirlikdən qeyd edilib.
10:39
Azərbaycanda 11 uşaq bağçasının müdiri işdən çıxarılıb.
"Report"un məlumatına görə, həmin bağça müdirlərinin işinə xitam verilib.
Onların işdən çıxarılmasına səbəbi hələ açıqlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir