Məğlub Ermənistan sülh prosesini niyə uzadır?-AÇIQLAMA
Prezident İlham Əliyev Vətən müharibəsindən sonra elə bir situasiya formalaşdırıb ki, bütün hallarda regionla bağlı istənilən məsələdə yeganə söz sahibi bizik. Eyni zamanda Bakı İrəvanın hərbi imkanlarını məhv etməklə bölgədə uzunmüddətli sülh üçün ciddi bir təhdidi aradan qaldırıb.
Bunu Sonxeber.az saytına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, əslində bu gün beynəlxalq hüququn aliliyi və tanınmış prinsiplərə sədaqətin zəruriliyindən danışan hər kəs Azərbaycanın cənubi Qafqazda yaratdığı bu reallığı alqışlamalıdır. Təəssüf ki, hələ də ayrı-ayrı təşkilat və dövlətlər tərəfindən ikili standartların davam etdiyinin şahidiyik. Məğlub Ermənistanı da ruhlandıran, sülh prosesini yubatmağa təşfiq edən əsas amil məhz budur.
"Proseslərin gedişatından da görürsüz ki, cənab İlham Əliyev uzaqgörən siyasəti ilə Erməni tərəfi və İrəvanın bütün mümkün cəhdlərini öncədən proqnozlaşdıraraq bloklaya bilib. Yəni İrəvan necə ki, müharibəyə qədər iqtisadi cəhətdən dalana dirənmişdi, indi də onların siyasi manevr imkanları sıfıra enib. Məsələn, postmüharibə dövründə Ermənistanın ən çox istinad etdiyi ATƏT-in Minsk qrupu formatını Azərbaycan Prezidenti böyük siyasi ustalıqla diplomatik dövriyyədən çıxardı. Hətta Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun özü də, Bakıda olarkən bəyanatında qeyd etdi ki, artıq belə bir institut yoxdur. Deməli, bu gün Ermənistan hakimiyyəti faktiki olaraq alətsiz və vasitəsiz şəkildə, istinad edəcəyi norma və prinsip olmadan, yalnız təcavüzkar revanş iddialarına söykənərək hərəkət edir.
İndi son günlər biz xüsusən Kəlbəcər istiqamətində mövqelərimizə atəş açılması hallarını müşahidə edirik ki, bu da məhz ermənilərin çarəsizliyinin göstəricisidir. Bu proseslərdə təmkini əldən vermək olmaz və informasiya savaşında mövqelərimizi zəiflədəcək istənilən hesablanmamış addımlardan çəkinməliyik. Hər bir vətəndaşımız müzəffər Azərbaycan Prezidentinin siyasi iradəsinə, ordumuzun isə gücünə güvənməlidir. Dövlət başçısı nəyi, nə zaman və necə edəcəyini bilir və 44 günlük savaşda da, sonrakı dövrdə də hər birimiz bunun şahidi olduq. Ona görə də siyasi situasiya fonunda populist bəyanatlar, daxildə siyasi spekuliyasiyalar, və xəyanətkar manipuliyasiyalarla birliyimizə xələl gətirə bilən bütün cəhd və niyyətlər kənara qoyulmalıdır. Heç bir siyasi məqsəd dövlətçilikdən daha vacib deyil və indiki məqamda ictimai rəyi çaşdıraraq, yalnış yönləndirərək həmrəyliyimizə zərbə vuran istənilən cəhd xəyanətdir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir