"Dini dözümsüzlüyə cəhd edən qruplara qarşı ciddi tədbirlər görülür" - Ceyhun Məmmədov
İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün hansı tədbirlər görülür?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dövlət hər il öz büdcəsindən dini icmalara böyük maliyyə yardımı ayırır və yardım təkcə müsəlman icmasına aid deyil:
"Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada tolerantlığın, multikulturalizmin mərkəzlərindən biri hesab olunur. Azərbaycan yalnız dini etiqad azadllğını təmin etmir, eyni zamanda dini icmalara yüksək qayğı və diqqət göstərir. Azərbaycan müsəlman ölkəsidir, amma burada yaşayan bütün dinlərin nümayəndələrinə dövlətin diqqəti və qayğısı yüksək səviyyədədir. Dövlət bu istiqamətdə davamlı olaraq addımlar atır. Bu gün Bakının mərkəzində provaslav və katolik kilsəsi, sinaqoq fəaliyyət göstərir. Dövlət hər il öz büdcəsindən dini icmalara böyük maliyyə yardımı ayırır. Bu yardım təkcə müsəlman icmalarına yox, digər dinləri də əhatə edir. Bu gün işğaldan azad olunmuş ərazilərdə də məscidlər tikilir. Həmçinin dini dözümsüzlüyə cəhd edən qruplara qarşı da ciddi tədbirlər görülür".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir