Bu sözləri lənkəranlılardan eşidəndə çaşmayın - Bizim ellər

Bu sözləri lənkəranlılardan eşidəndə çaşmayın - Bizim ellərLent.az-ın "Bizim ellər" rubrikasında növbəti virtual səfəri Lənkəranadır, Lənkəranlıların öz diliylə desək, Xan Lənkərana. Meşə, dağ və dənizin bir birinə qovuşub bu bölgəmizdə. Təbiəti çox gözəldir, insanlarının xarakteri kimi. Çox qonaqpərvər, istiqanlı, mərddi insanları bu yerlərin.

Lənkəranlı sözünün etimologiyası barədə müxtəlif fərziyyələr var. Bəzi mütəxəssislər bu sözün Ləngər – kəran‖, bəziləri isə, Lənkər – kunan birləşməsindən yarandığını söyləyirlər .Talışlar yer adlarının sonunda işlənən "kəran" hissəciyini "kəon" və ya "ko" kimi tələffüz edirlər. Talışca "kə" ev, "on" cəm şəkilçisidir. Yəni evlər.

Lənkəran süfrəsi deyəndə ağla ilk gələ limon və ləvəngi olur. Hansı qapını döyüb "Allah qonağıyam" desən, 1 saat sonra süfrədə balıq, toyuq ləvəngisi, yerli düyüdən plov, ləvəngi kükü, badımcan ləvəngisi, təndirdə bişirilmiş ət basdırma kimi ləziz təamlar düzüləcək. Hələ beçə balını, nənələrin bərəkətli əlindən çıxmış lavaşı, təndir çörəyini, növbənöv pendiri, qaymağı demirəm. Qədim "Şinə qəylə" yeməyi var ki, indi unudulmaqdadır. Lənkərana məxsus "Talış çığırtması" , "Şamıplov", səməni halvası, pomidor pətəsi, badımcan pətəsi, ağ aş, ayran aşı, hədik kimi yeməklərin də adını çəkmək olar.
Lənkəranlıların özlərinə məxsus şirin ləhcəsi var. Amma elə ifadələr var ki, onu eşidəndə təəccüblənməyə bilmirsən. Məsələn, hər kəs üşüyəndə "mənə soyudur" deyir, lənkəranlılar "mənim soyuğumdur" deyir. Və ya əksinə istilənibsə, "mənə istidir" yox, "mənim istimdir " şəklində ifadə edirlər.
"Bizə qonaq gəl, fikrin qalar". Bir lənkəranlı bunu söyləməklə demək istəyir ki, yəni bizdə sənə rahat olacaq, yaxşı hiss edəcəksən.

Lənkəran 2011-ci ildə "Azərbaycanın folklor paytaxtı" elan edilib. Çünki bu ellərin qədim zəngin və bənzərsiz ənənələri var. İlaxır çərşənbədə axar su üstünə gedib ağırlıq tökmək, suda yuyunmaq, çay kənarında at yarışları keçirmək qaydası indi də qorunub saxlanır. Novruzdan sonra min dərdə dərman səməni halvası da bişirilir.

Lənkəranda gəlin ata evindən çıxanda başının üstünə Quran tuturlar, ayaqlarının altına isə paltar yumaq üçün ləyən qoyurlar.

Gəlin ər evinə gələndən sonra bir neçə gün qaynananı və qayınatanı danışdırmaz, utanar. O, ər evinə gələndə barmağını bal dolu qaba salıb, ballı barmağını həyət qapısına üç yerdən bal sürtər. Toydan bir gün öncə qıza yaxılan xınadan mütləq oğlana da pay gedər, bəyin də ayağına xına yaxılar.

Toy günü gəlinlə qaynana bir konfeti yarı bölüb yeyərlər. Sonra başlayar haxışta mərasimi. Düzü, gəlinlə qayınanı bir-birinə qarşı qoyan, itiləyən, bu haxışta mərasiminin məhz toy günlərində keçirilməsini anlamaq bir az çətindir.

Doğdun oğul qaynana,
Yedim noğul qaynana,
Aldım oğlu əlindən,
Çatda boğul qaynana.

Maraqlı yas adətləri də var. Məsələn, ölü çıxan həyətdə ölən şəxsin paltarlarından birini qalın oduna dolayıb yandırırlar. Bu şamanizmdən qalan bir ənənə kimi görülür. Mənası odur ki, bu alovu yandırmaqla həyətə gəlmiş pis ruhları qovurlar.

Lənkəranda yaşayan ən böyük etnik qrup talışlardır. Nikolay Marrın fikrincə, talış adına Assuriya mənbələrində rast gəlinir. Talışlarla bağlı ilk tarixi məlumatlar Midiya dövlətinə qədər uzanır.

Midiyalılar irandilli xalq idi və bu baxımdan İran dillərinin şimal qərb qrupuna daxil olan xalqların ümumi ataları hesab edilir. Bu səbəbdən bu qrupa daxil olan tatlar, talışlar, giləklər və mazandaranlılar midiyalıların qalıqlarını təmsil edən ləhcələrdə danışırlar. Bu ləhcələr arxaik səs kompozisiyası ilə seçilir və bəzi hallarda fars dilindən ayrılır.

Talışlarla bağlı zarafatla deyilən "saat 12-dən sonra işləməmək" məsələsi əslində, cənub bölgəsində yaşayanların məşğuliyyəti ilə bağlıdır. Adətən çay əkməklə məşğul olanlar yaxşı bilirlər ki, onun yarpaqları gün hələ qızmamışdan, sübh çağı yığılmalıdır. Kəndli işini saat 12-yə qədər bitirib, axşam saat beşə qədər işlərini dayandırmalı olur. Saat 12-dən sonra işləməmək ifadəsi də beləcə dilə düşüb. Əslində 12-dən sonra işləməmək təkcə Lənkərana deyil, Mil-Muğan, Aran bölgəsinə də aid edilməlidir.

Talışlar öz mərdlikləri, igidlikləri ilə bilinən insanlardırlar. II Qarabağ müharibəsində ən çox şəhid bölgələrmizdəndir. Sevməyi də bilirlər, sevinməyi də, vətən üçün ölməyi də.

Yolunuz Lənkərana düşsə, mütləq Hirkan Milli Parkında olun. Cənnətin harda olduğunu bilmək istəyirsinizsə, meşələrin qoynundakı yamyaşıl Xanbulan gölünü görüncə cavabı tapacaqsınız.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3610   Tarix: 05 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr