Oğurluq edən məşhurlar: Yoxluqdan deyil, həyəcandan..

Oğurluq edən məşhurlar: Yoxluqdan deyil, həyəcandan..Dünya ulduzları karyeraları ilə yanaşı, şəxsi həyatları ilə də gündəmdə olurlar. Bəzən ekranda gördüyümüz tanınmışları sevir, yaxud onlara heyran oluruq . Amma onlar bizim düşündüyümüz qədər ideal insanlar deyil. Hətta bəziləri sözün əsl mənasında oğrudur. Kimisi alışqan, kimisi makiyaj ləvazimatları oğurlamaqla gündəmə gəlir. Ən pis tərəfi odur ki, onlar bu hərəkəti yoxluqdan deyil, həyatlarına həyəcan qatmaq üçün edirlər.

Lent.az həmin məşhurları təqdim edir:

Ceyk Qylenhaal
Məşhur Hollivud ulduzu Ceyk Qylenhaal çoxlarının sevimlisidir. Filmlərdəki möhtəşəm aktyorluğu və real həyatdakı insanlığı ilə həmişə özündən söz etdirməyi bacarıb. Amma Ceyk də digər insanlar kimi qüsursuz deyil. O, bir dəfə Los-Anceles ticarət mərkəzində məşhur "Speedo" üzgüçülük brendinin geyimini oğurlayıb.

Deyilənə görə, aktyor paltardəyişmə otağında üzgüçülük geyimini çıxarmadan oradan uzaqlaşmaq istəyib. Mağazanın həyəcan siqnalına məhəl qoymayan Ceyki mühafizəçilər saxlayıb. Bundan sonra Ceyk bu hərəkəti yaxın dostu ilə əylənmək istədiyi üçün etdiyini bildirib. Məsələ çox böyümədən və polisə ehtiyac olmadan tez bağlanıb.

Meqan Foks

Gözəlliyi ilə çoxlarını heyran edən Meqan Foks da oğurluq edən məşhurlar arasındadır. Aktrisa məşhur olmadan əvvəl mağazalardan makiyaj ləvazimatları oğurladığını etiraf edib. Həmin vaxtlar mağaza mühafizəçilərinin yaxaladığı aktrisa cəzlandırılıb. Onun "Walmart"a gəlməyi qadağan edilib.

Lindsi Lohan

Aktrisa Lindsi Lohan mətbuatda həmişə gündəmdə olub. Amma təəssüf ki, karyerasına görə yox, daha çox qalmaqalları ilə. 2011-ci ildə Lohan Venesiyadakı zərgərlik mağazasından 2500 dollar dəyərində boyunbağı oğurladığı üçün mühakimə olunub.

"Los Angeles Times"ın məlumatına görə, daha sonra aktrisa bir neçə dəfə oğurladığı zinət əşyası ilə kamera qarşısına çıxıb. Lohan məhkəmədə özünü təqsirli bilməyib. Amma təbii ki, bu hakimin qərarına təsir etməyib və aktrisa 120 gün müddətində inzibati qaydada həbs olunub.
Britni Spirs

Dünyaca məşhur müğənni Britni Spirsin gənc yaşında qazandığı şöhrət onun psixologiyasına ciddi təsir etmişdi. O, 2007-ci ildə "Hustler" mağazasında almaq istədiyi alt paltarını geyinib. Mağaza satıcıları isə bunun mümkün olmadığını deyib. Bununla belə, Britnini heç kəs dayandıra bilməyib və öz paltarını çıxarıb, yenisini geyinib. Daha sonra müğənni həmin geyimin pulunu ödəyib. Amma bu dəfə də başqa bir şey oğurlayıb. O, manikenin parikini götürərək mağazadan uzaqlaşıb. Maraqlısı odur ki, satıcılar və mühafizəçilər müğənninin pariki necə oğurladığını görməyiblər.

Təbii ki, bu müğənninin törətdiyi ilk belə hadisə deyil. Təxminən bundan bir il sonra pulunu ödəməyi unutduğu iddia olunan paltarı geyinərək mağazadan ayrılıb. Daha sonra yaxalanaraq paltarları geri qaytarıb. Həmin ildə başqa bir oğurluğu isə yanacaqdoldurma məntəqəsində edib. Bu dəfə alıcılardan birinin bahalı alışqanını götürüb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1535   Tarix: 05 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Marneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb

Gürcüstanın Marneuli bələdiyyəsində (azərbaycanlıların kompakt yaşadığı rayon - red.) ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki

20 oktyabr
.

Bu ölkədə iğtişaşların vurduğu ziyan 1 milyard avronu keçdi

Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etirazların yaratdığı ən bahalı hadisələrdən birinə çevrilə bilər. xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib. Morningstar DBRS analitiklərinin fikrincə, sığortaçıların məruz qaldığı itkilər 1,2 milyard avroya çata bilər. Əgə

21 oktyabr
.

Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

Monteneqro Rusiya vətəndaşları üçün noyabrın 1-dən viza rejiminin tətbiqi barədə Rusiyanı rəsmi şəkildə məlumatlandırıb. APA xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik bildirib. Diplomatın sözlərinə görə, Monteneqro tərəfi 2008-ci il sentyabrın 24-də iki ölkə arasınd

21 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Aİ Ukrayna müharibəsi başa çatana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Rusiyaya qarşı sanksiyalar Ukraynada münaqişə başa çatana qədər qüvvədə qalacaq. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən iclasında bildirib. "Rusiya müharibəni dayandırmayana qədər heç bir sanksiyanı ləğv etməyəcəyik"

21 oktyabr
.

Peskov: Bizə atəşkəs yox, sülh lazımdır

Rusiya Ukrayna münaqişəsi üzrə müvəqqəti atəşkəs deyil, sülhün son şəkildə əldə edilməsinin tərəfdarıdır. "Report" xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks" agentliyinə açıqlama verib. "Heç nə dəyişməyib. Bizə atəşkəs deyil, sülh lazımdır"

21 oktyabr
.

Çin restoranları çatdırılma tətbiqlərinin hökmranlığına qarşı çıxır

Çində restoranlar yemək çatdırılması platformalarının bazardakı üstünlüyünə qarşı mübarizəni gücləndirirlər. Çatdırılma xidmətləri arasındakı rəqabət restoranların mənfəət marjasını azaldır, eyni zamanda müştərilərin birbaşa restorana gedərək yemək yeməsinə də mənfi təsir göstərir. France 24-ə istinadə

21 oktyabr
.

Yəməndə raket hücumu nəticəsində onlarla hərbiçi həlak olub

Yəmənin Şəbva vilayətində hökumət qüvvələrinin təlim düşərgəsinə raket hücumu nəticəsində azı 58 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir. Daha 14 nəfərin itkin düşdüyü qeyd olunur. Hücum ölkədə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Associated Press-ə istinadən xəbə

21 oktyabr
.

Bu ölkənin dövlət borcu yeni rekord həddə çatıb

ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, ABŞ-ın milli borcu rekord həddə - 40 trilyon dollara çatdıqdan sonra iki ayda təxminən 400 milyard dollar artıb. xəbər verir ki, ABŞ-ın milli borcu 40 trilyon dollar həddini keçib və oktyabrın əvvəlində bu məbləğə daha dörddə bir trilyon əlavə olunub. Xəzinədarlığı

21 oktyabr