Azərbaycanla bağlı proqnoz - 2040-cı ilədək...
"2040-cı ilə qədər ölkəmizin su ehtiyatlarının 10-15% azalacağı gözlənilir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında hidroloq Rövşən Abbasov bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanda çaylarda sululuğun azalmasını müşahidə edirik. Bunun 2 əsas səbəbi var. Suya olan tələbatın artması və iqlim dəyişiklikləri:
"Su ehtiyatının azalması həm də, əhalinin və suvarılan ərazilərin artması ilə əlaqədardır. Azərbaycanın su ehtiyatlarının 70%-i xarici ölkələrdən, xüsusən də Türkiyə və Gürcüstandan gəlir. Digər tərəfdən iqlim dəyişiklikləri də çaylarda suyun azalmasına səbəb olur. Ekologiya Nazirliyinin Milli İqlim Məlumatları Mərkəzinin apardığı araşdırmalara görə, ən yaxşı senari ilə 2040-cı ilə qədər su ehtiyatlarımızın 10-15% azalacağı gözlənilir. Ola bilsin ki, 2070-ci ildə bu azalma 20-25 faizə qədər çatsın".
Hidroloq deyir ki, bu azalmalar həm də Xəzər dənizinin su səviyyəsinə mənfi təsir edir:
"Xəzər dənizinin su ehtiyatının böyük hissəsi Volqa çayından gəlir. Ancaq hazırda Rusiya ərazisində də suya olan tələbat artmaqdadır. Orada yağıntıların azlığı səbəbindən Volqada suyun səviyyəsi aşağı düşüb. Bu da Xəzərin suyunun azalmasına gətirib çıxarır. Bəzi proqnozlara görə, Xəzərdə suyun səviyyəsi daha da azala bilər. Digər mənbələrdə isə Xəzərdə sululuğun artacağı güman olunur. Bu iqlim amillərini indidən söyləmək çox çətindir. Lakin tarixi müahidələrə inansaq görərik ki, Xəzərin səviyyəsində hər zaman eniş və qalxış olub, yenə də olacaq".
Qeyd edək ki, Kür çayından ölkəyə daxil olan su son 10 ildə 27 faiz azalıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir