İmtahandan zəif nəticə yoxsa telefon asılılığı?-ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, Göyçay rayonunda dünən gecə saatlarında 11-ci sinif şagirdi Allahverdiyev Ayxan Fariz oğlu yaşadığı evin həyətində özünü asıb.
Yayılan məlumatlara görə məktəblinin intihar etmə səbəbi imtahandan az bal yığması olub.
Məsələ ilə bağlı Sonxeber.az saytı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.
DİM həmin məlumatı təkzib edib.
Bildirilir ki, 11-ci sinif məzunları arasında elə ad,soyadlı şagird yoxdur. Güman edilir ki, həmin şagird 10-cu sinifi bitirib və imtahan verməyib.
Qeyd edək ki, kənd sakinlərinin sözlərinə görə, Ayxan zəif gördüyü üçün gözlükdən istifadə edirdi. O, valideyni ilə Bakıya oftalmoloqun yanına gedib, həkim ona telefondan az istifadə etməyi tövsiyə edib.
Mövzu ilə bağlı Sonxeber.az saytına psixoloq Edison Quliyev açıqlama verib.
O bildirib ki, telefon ilə əlaqədar olan emosional gərginlik onun həyatında olan ümumi stressi oyadıb. Stressin çoxlu səbəb ola bilər. Gəncin kompleksləri və ya başqa problemləri də ola bilər. Uşağın telefona qədər olan problemlərini, ailə daxili münasibətləri və ya uşağın psixoloji vəziyyətinə nəzər yetirilməli idi.
Psixoloq belə vəziyyətlərdə necə davranmaq lazım olması ilə bağlı valideynlərə də müraciət edib. Ailələr naliyyətsizlik sindromu ilə övladlarını yükləməməlidir. Filankəsin uşağı səndən yaxşı qiymət aldı, başqasının uşağı səndən üstündür kimi ifadələr ilə onlara psixoloji təzyiq eləmək olmaz. Uşaqlarla daim ünsiyyətdə olub, onlara qarşı diqqət göstərmək lazımdır.
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir