Bakıda ölümlə həyat arasında var-gəl edən liftlər: Səhlənkarlıq, yoxsa məsuliyyətsizlik?

Bakıda ölümlə həyat arasında var-gəl edən liftlər: Səhlənkarlıq, yoxsa məsuliyyətsizlik?Bakı sakinlərini ən çox narahat edən problemlərdən biri istismar müddəti bitmiş və yenisi ilə əvəzlənməyən liftlərdir.

Hər gün kəlmeyi-şəhadətlərini oxuya-oxuya liftə minənlər təkcə köhnə binaların sakinləri deyillər. Bu problemə yeni istifadəyə verilən binalarda da rast gəlinir. Şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır.

İki gün əvvəl Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb.
Hadisənin binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində baş verdiyi bildirilib.

Bəs Bakıdakı binalarda lift təsərrüfatına qulluq necə olmalıdır? Kim məsuliyyət daşıyır?

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Bakupost.az-a açıqlama verib.

Ekspert bu kimi hadisələrin təkcə köhnə binalarda deyil, həmçinin təzə binalarda da baş verdiyini qeyd edib:

"Dünya ölkələrinə nəzər yetirsək, görərik ki, əksər ölkələrdə tikilən mənzillər təmir olunaraq vətəndaşlara təhvil verilir. Bizdə isə mənzillər yalnız suvaq vurularaq vətəndaşlara satılır. Hər binada 100-200 mənzil var. Həmin mənzilləri təmir edərkən çox hallarda yük daşıyan fəhlələr liftdən istifadə edirlər. Mənzillərin təmiri yekunlaşanda, o liftlər artıq öz keyfiyyətini çox sürətlə itirmiş olur. Çünki iki-üç dəfə artıq yük qaldıranda liftin istismar müddəti daha tez başa çatır. Yeni tikili binalarda da dəfələrlə liftin qırılması ilə həyatını itirən, yaralanan insanlar çox olub. İstər yeni tikili, istərsə də köhnə tikili binalarda belə hallara rast gəlinir".

Ekspert daha çox liftlərin trosuna xüsusi diqqət yetirilməli olduğunu bildirib:

"Bir neçə aydan bir liftlər yoxlanılmalıdır. Xüsusilə liftlərin trosuna daha çox diqqət artırılmalıdır. Əksər binalarda sovet dövründə qoyulmuş liftlərdir və bir çox hallarda onlar da işləmir, yaxud hansısa bir mərtəbəyə qədər qalxır. Köhnə binalarda kommunal xərci az olduğuna görə, illik təxminən 18-20 manat vətəndaş ödəniş edir. Buna görə də az-az hallarda yoxlamalar olur. Lakin yeni binalarda kommunal 50-100 manat arası dəyişir. Bunun müqabilində komendant o liftlərə nəzarət edir. Əksər binalarda liftlər nəzarətsiz və baxımsız qaldığına görə belə hallar baş verir".

E.Fərzəliyev onu da əlavə edib ki, vətəndaşlar çox vaxt pul toplayaraq liftləri özləri dəyişirlər:

"Bir liftin trosunun qırılması üçün aylarla vaxt lazımdır. Çünki tros üç-dörd qat olur.

Nizamnamənin tələbinə uyğun olaraq, iki aydan bir nəzarət olsaydı, fəsad qeydə alınsaydı, belə hal baş verməzdi. Çox vaxt vətəndaşlar özləri pul toplayıb binada lifti dəyişdirirlər. Amma lifti dəyişmək vətəndaşın vəzifə borcu deyil. Bununla bağlı dövlət qurumu var. Onlar baxmalı və dəyişdirməlidirlər. Nəzərə alınmalıdır ki, köhnə binalarda yaşlı, xəstə, əlil olan insanlar, uşaqlar var. Lift işləməyəndə piyada düşüb-qalxırlar. Bunların hamısı diqqətə alınmalıdır. Binanın ən azı 30-40 yaşı varsa, hələ istismar müddəti bitirməyibsə belə, oradakı liftlər mütləq dəyişilməlidir. Təbii ki, məsuliyyət lift idarəsinin üzərindədir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1046   Tarix: 06 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr