İkili standart və məsuliyyət: Metroda təhlükəsizliyə əməl olunurmu? - ARAŞDIRMA + FOTO/VİDEO

İkili standart və məsuliyyət: Metroda təhlükəsizliyə əməl olunurmu? - ARAŞDIRMA + FOTO/VİDEODünən "TikTok" sosial şəbəkəsi üzərindən 39 yaşlı Roman Məmmədov adlı şəxs parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək, cinsi azlıqları hədələyib.

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində o saxlanılıb və ilkin dindirilmə zamanı törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini qeyd edib.

Həmin şəxsin kəsər alətlə metroya rahat şəkildə daxil olması müzakirələrə səbəb olub.

DİN-dən verilən açıqlamada bildirildi ki, həmin şəxs fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olur və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə edib:

"Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olduğu görünür".

"Bakı Metropoliteni" QSC-də təhlükəsizlik məsələsi necə təşkil olunmalıdır?

QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, metropolitendə təhlükəsizlik geniş məfhumdur:

"Konkret bu məsələ tam aydınlaşdırıldıqdan sonra "Bakı Metropoliteni" QSC-yə aid hansısa məsələ yaranarsa, mütləq ictimailəşdiriləcək. Lakin istər DİN-lə birgə, istərsə də Səhmdar Cəmiyyət tərəfindən hər gün sərnişindaşıma təhlükəsizliyi ilə bağlı məsələlər araşdırılır. Monitorinqlər aparılır və bunun nəticəsi kimi təhlillər olunur, tədbirlər görülür".
İkili standart və məsuliyyət: Metroda təhlükəsizliyə əməl olunurmu? - ARAŞDIRMA + FOTO/VİDEO"Bundan başqa, istənilən məsələyə həm də fərdi qaydada yanaşılaraq, konkret və ümumi planlı fəaliyyət də təmin olunur. Belə olmasa, metropolitenin nizamlı işini qurmaq mümkün olmaz", - deyə o əlavə edib.

Deputat Arzu Nağıyev isə bildirib ki, metro strateji əhəmiyyətli obyektlərdən biridir:

"Hər gün milyonlarla vətəndaş oradan istifadə edir. Yaranmış hər hansı təhlükəsizliyə təhdid ciddi fəsadlara gətirib çıxara bilər. Fikrimcə, metro hüquq-mühafizə orqanları tərəfindən normal şəkildə qorunur. Ötən gün baş verən hadisə bir daha onu göstərdi ki, qeyri-adekvat addımları ilə özünü reklam edən şəxslər mövcuddur.

Onun kəsər alət ilə metroya daxil olması, insanları hədələməsi müəyyən fikirlər söyləməyə əsas verir. Təbii ki, DİN-dən bildirildi ki, o, iş alətidir və daim özü ilə daşıyıb. Siqaret alışqanı və yaxud digər məişətdə istifadə edilən cihazları ikili standartlara uyğun olaraq istifadə etmək mümkündür. Bununla da vətəndaşlara təhdid yaratmaq olar.

Həmin şəxsin aləti metroya keçirdiyi zaman bunu hansı məqsədlə etdiyi dəqiq araşdırılmalıdır. Ötən gün videogörüntü yayan şəxs saxlanılıb, amma gələcəkdə belə halların qarşısının alınması istiqamətində ciddi işlər aparılmalıdır".
İkili standart və məsuliyyət: Metroda təhlükəsizliyə əməl olunurmu? - ARAŞDIRMA + FOTO/VİDEODeputat əhaliyə də müraciət edib:

"Vətəndaşlar da təhlükəsizliyə təhdidin olduğunu gördükləri zaman hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Bu gün hüquq-mühafizə orqanları əməliyyat şəraitinə tam nəzarəti bərpa edə bilib və bu kimi problemlərin qarşısını almağa qadirdir.

Amma "Bakı Metropoliteni" QSC-nin mühafizəsində də təhlükəsizliyə daha ciddi yanaşılmalıdır. Vətəndaşlar da başa düşməlidirlər ki, sosial şəbəkələrdə özünü reklam etmək adı ilə kiminsə təhlükəsizliyini tapdalamağa onlara kimsə haqq verməyib. Bu cür addım atmamışdan əvvəl bunu düşünmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1185   Tarix: 06 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr