Zaur Baxşəliyev ATV-yə rəhbər gətirilir
Teleaparıcı Zaur Baxşəliyev "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nə (ATV) rəhbər gətirilir.
Sonxeber.az xəbər verir ki, yaxın günlərdə bununla bağlı telekanalda qərar qəbul olunacaq.
Məlumata görə, ATV-nin fəaliyyət sahəsində dəyişiklik olunacaq. Bundan sonra ATV-nin sırf şou proqramları yayımlayan telekanal kimi ixtisaslaşdırılması nəzərdə tutulur.
Bu məqsədlə də teleaparıcı Zaur Baxşəliyevin yaxın günlərdə ATV-yə rəhbər təyin olunması gözlənilir.
Qeyd edək ki, "konkret.az" saytı ARB və ATV telekanalları rəhbərlərinin Prezident Administrasiyasına çağırılması barədə məlumat yayıb. Xatırladaq ki, ATV-nin hazırkı prezidenti Azər Xəlilov bu vəzifəyə 2017-ci ildə təyin olunub.
Azər Nəriman oğlu Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib.
2001-ci ildə BBC Azərbaycan xidmətində işə başlayıb. Təxminən 11 il Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan ATV İnternational teeviziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013-cü ildən yeni yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik etməyə başlayıb. (Demokrat.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir