Hər 20 gündən bir 50 manat cərimələnə bilərsiniz
Daşınmaz əmlakını sığorta etdirmək istəməyən şəxs buna görə nəzərdə tutulan cəriməni, yəni 50 AZN-i ödəməklə məsuliyyətdən yayına bilməyəcək.
Hər 20 gündən bir bu barədə protokol tərtib ediləcək və şəxs 50 manat cərimələnəcək. Buna görə də hər 20 gündən bir cərimə ödəməkdənsə, həmin 50 manatı bir dəfə verib daşınmaz əmlakı sığorta etdirmək daha məqbuldur.
Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib. O bildirib ki, yaşayış sahələrinin icbari sığortası ilə müqayisədə qeyri-yaşayış sahələrinin icbari sığortası sahəsində vəziyyət daha yaxşıdır.
Bu sektorda Fövqəladə Hallar Nazirliyinin məqsədyönlü işi nəticəsində obyektlərin sığortalaması faizi daha yüksəkdir. Eyni şeyi yaşayış sahələri ilə bağlı söyləmək mümkün deyil.
R.Əhmədov bildirib ki, daşınmaz əmlakın icbari sığortasının gecikdirilməsinə görə cərimələrin az yazıldığını söyləmək olmaz: "Cərimələrin yazılmasının niyə yubandığını isə bu funksiyanı yerinə yetirməli olan qurumlardan soruşmaq lazımdır"./milli.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3822 Tarix: 06 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr