Həbs edilən əsgərin məmur atası: "Oğlumun harada olduğundan xəbərim yoxdur" - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Bakıda avtoşluq etdiyinə görə həbs olunan əsgər Əziz Məlikov ötən ayın 28-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib. Onun barəsində "komandanlığın müşahidəsi altına vermə" qətimkan tədbiri seçilib. Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə, Hərbi prokurorluğun təqdimatı əsasında 6 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə yenidən həbs olunub.
Bu barədə "Unikal"a açıqlama verən Əziz Məlikovun atası Soltanpaşa Məlikov məsələdən xəbərsiz olduğunu bildirib:
"Mənim bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, hazırda oğlumun harada olduğunu bilmirəm. Öyrənib sizə məlumat verərəm", - deyə o əlavə edib.
Qeyd edək ki, Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.
21:01
Xəbər verdiyimiz kimi, iş adamının hərbi xidmətdə olan oğlu Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşmışdı.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqaninfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Hərbi prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk edərək hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 22 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əziz Məlikovun müdafiəçisinin şikayəti əsasında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmaqla, o, həbsdən azad edilmiş və barəsində "komandanlığın müşahidəsi altına vermə" qətimkan tədbiri seçilmişdir.
Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 06 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir