Şampun oğurlayan şəxsi döyən mağaza sahibi və tanışı həbs edildilər - VİDEO
Gəncə şəhərində ötən il baş verən oğurluq hadisəsinə görə bu il iki nəfər həbs edilib.
Belə ki, hadisənin görüntüləri bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılıb.
Əli Qasımov adlı şəxs mağazadan şampun oğurlayıb. Mağaza sahibləri isə onu döyərək pul tələb ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb:
"Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini Əli Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib.
Zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq etməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakını tələf etmə hədəsi ilə 100 manat pul tələb etdiyinə görə hər iki şəxs saxlanılıb.
Onların barələrində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onu da qeyd edim ki, Ə.Qasımov cari ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunub".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1508 Tarix: 07 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr