Sığorta, yoxsa yolaverdi? - Səhiyyəmizin Bermud üçbucağı - REPLİKA

Sığorta, yoxsa yolaverdi? - Səhiyyəmizin Bermud üçbucağı - REPLİKABu günlərdə bir narahatlıq yaşadım və fikirləşdim ki, həkimə getməliyəm. Hər ay maaşımızdan sığorta ödənişləri üçün xeyli məbləğ tutulur. Ona görə özəl klinikada yox, elə sığorta xəttimlə müayinə planlaşdırdım. Amma sən saydığını say gör, bizim səhiyyə sistemimiz nə sayır.

İlkin diaqnozu dəqiqləşdirmək üçün KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası) kimi dəqiq və müasir müayinə aparatları var, mən də üz tutdum qeydiyyatda olduğum xəstəxanaya. Üz tutduğum klinikada və digər dövlət xəstəxanalarında bu aparatlara rast gəlmədim, özəl xəstəxanalarda isə KT müayinəsi 90, MRT müayinəsi 165 manatdır. Çox gəzəndən sonra, dövlət xəstəxanalarından birində axtardığımı tapdım. Dedilər KT də var, MRT-də, amma həkimlər məzuniyyətə çıxıb.

Son aylar hansı xəstəxanaya sığorta xətti ilə müraciət etsəm və edənlərdən soruşsam da aldığımız cavab eyni olub: Rentgen, USM, KT və MRT mütəxəssisləri "məzuniyyətə çıxıblar". Bəs, əvəz edən yoxdurmu? Yox. Ölkədə bu qədər iş axtaran var, bu qədər mütəxəssis "iş yeri" deyib dad edir, amma bizdə məzuniyyətə gedən həkimi əvəzləyən həkim yoxdur. Həkim yerində olsa belə, sən müayinə qurğusuna düşmək üçün gərək onun gözü qarşısında can verəsən. Əks halda, "səndə heç nə yoxdu" deyib yola verirlər. Sözün həqiqi mənasında başdan edildiyini anlayırsan.

Ölkədə tanınmış bir həkim dostum var, ona giley-güzar edəndə dedi ki, sağlamlığının qayğısına qalmaq istəyirsənsə, özəl xəstəxanaya get, pulunu ver, müayinə olun. "Biz həkimlər qalmışıq Səhiyyə Nazirliyi, TƏBİB və sığortanın arasında. TƏBİB sığortaya görə vəd edilmiş maaşları vermir. Həkimlər 3 qurumun arasında çaş-baş qalıblar, hamı əmr edir, heç kim sahiblənmir. Ona görə çoxu üz tutub özəl klinikalara. Dövlət xəstəxanasında olanlar xəstələri ya tələbələrinin ümidinə qoyurlar, ya tibb bacılarının".

İnandım. Çünki öz başıma gəlib, həm də bir neçə dəfə. Ötür-ötür oyunu gedir. Xəstəni bezdirirlər, çıxıb gedir.

Səhiyyəmiz dönüb olub Bermud üçbucağı. Düşən çıxa bilmir, çıxan da bir şey anlamır, başını itirir. Anlamaq, səhvim varsa, düzəltmək istədim. Üz tutdum Səhiyyə Nazirliyinin mətbuat xidmətinə. Di gəl, mətbuat xidməti sanki Tanrı qapısıdır. Eşidir, amma cavab vermir. Nə edək? Keçək gücləndirilmiş dua rejiminə?/lent.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1051   Tarix: 07 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr