Azərbaycanda üç yeni radio AÇILACAQ: Müsabiqə elan edildi
Azərbaycan Respublikası Audiovizual Şurası üç ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün müsabiqələr elan edib.
Bu barədə Audiovizual Şuranın iyulun 7-də keçirilən iclasında qərar qəbul olunub.
Bildirilib ki, iclasda radio yayımı üçün yararlı olan, boş radiotezliklərin istifadəsi məsələsinə baxılıb. Qeyd olunub ki, "Media haqqında" qanunun 35.1-ci maddəsinun tələblərinə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkə üzrə mövcud olan radio-televiziya yayım stansiyalarından radio yayımın həyata keçirilməsi üçün istifadəyə yararlı radiotezliklərin siyahısını Şuraya təqdim edib. Alınan bu məlumatlar əsasında Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin və Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri zəruri monitorinqlər həyata keçirib, yoxlamalar aparıblar.
İclasda bununla bağlı Şura üzvlərinə məlumat verilib, alınan məlumatlar əsasında Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər. Aparılan müzakirələrdən sonra yayım üçün yararlı radiotezlik resurslarından səmərəli istifadə olunmasını təmin etmək, həmçinin ümumölkə miqyasında radio yayımında müxtəlifliyin inkişafına nail olmaq məqsədilə üç yeni ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün "Media haqqında" qanunun 29.1, 50.1.3 və 51.1-ci maddələrinin tələblərinə uyğun olaraq ayrı-ayrı müsabiqələrin elan edilməsi barədə qərarlar qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir