11-ci mərtəbədən yıxılaraq həyatını itirən ginekoloqun ölümü ilə bağlı yeni FAKTLAR
Yaşadığı binadan yıxılaraq həyatını itirən tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Bizim.Media-nın məlumatına görə, Xalidə Kəngərlinin ölümündən əvvəl döyülməsi ilə bağlı bədənində müxtəlif işgəncə izləri ilə əlaqədar fotolar olub.
Yaxınları tərəfindən həmin fotolar istintaqa təqdim edilib, araşdırılması istənilib.
Ölüm hadisəsi baş verəndən sonra olayla bağlı mediada və sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda Xalidə Kəngərlinin ölümündən əvvəl əri Rüfət Kəngərli tərəfindən şiddətə məruz qaldığı iddia edilib.
Xalidə Kəngərli əri tərəfindən döyülməsi ilə bağlı bədənində olan şiddət izlərini çəkib və yaxınlarına göndərib.
Mərhum həkimin bu fotoları çəkməsinə səbəb onun ərindən boşanmaq istəməsi olub. O, bu fotoları boşanma iddiası ilə bağlı keçiriləcək məhkəmədə istifadə etmək istəyib.
Qeyd edək ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərli paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından düşərək ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir