Teleqramda "18+" kanallar açan yeniyetmə CƏRİMƏLƏNDİ
Məhkəmə Bakıda teleqramda "18+" məzmunlu kanallar açan 2004-cü il təvəllüdlü Oqtay Bəşirov (ad-soyad) barədə qərar verib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, işə Səbail Rayon Məhkəməsində baxılıb.
Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirləndirilən yeniyetmə, 2021-ci ilin iyun ayından başlayaraq qeyri-etik adlardan istifadə edərək teleqram kanalları açıb. O, daha çox izləyici toplamaq məqsədiylə pornoqrafik materiallar paylaşıb.
Maraqlıdır ki, Oqtay Bəşirov idarə etdiyi kanallar vasitəsilə reklam gəlirləri də əldə edib. Belə ki, Azərbaycanda qeyri-qanuni hesab olunan iki mərc şirkəti Oqtayın "18+" kanallarına aylıq 200 manat ödəniş edib. O, ümumilikdə bu üsulla 1500 manatadək gəlir əldə edib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını və əməlini etiraf etməsini nəzərə alınmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Oqtay Bəşirov Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir