Qazi polislərin gözü qarşısında bıçaqlandı - FOTO
Ağdam rayonunda oğlan bacısının ayrıldığı nişanlısı tərəfindən bıçaqlandığını iddia edir.
Bu barədə Oxu.Az-a yaralanan şəxsin qohumları məlumat veriblər.
Bildirilib ki, rayonun Quzanlı qəsəbəsinin sakini, 1998-ci il təvəllüdlü Hökmdar Daşdəmirov bacısının ayrıldığı nişanlısı tərəfindən polislərin yanında bıçaqlanıb.
O, Vətən müharibəsi iştirakçısdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət əvvəl Ağdam rayon sakinləri, Vətən müharibəsi iştirakçısı Hökmdar Daşdəmirovla Əli Ələkbərov arasında münaqişə yaşanıb:
"Bununla əlaqədar tərəflərdən biri Ağdam Rayon Polis Şöbəsinə şikayət edib. Araşdırma məqsədilə dünən onlar Polis Şöbəsinə dəvət olunarkən Əli Ələkbərovun qardaşı Ələkbər üzərində gəzdirdiyi bıçaqla H.Daşdəmirovu vuraraq ona xəsarət yetirib. Ə.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılır. Hazırda H.Daşdəmirovun səhhəti qənaətbəxşdir".

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir