Bakıda iki avtomobil toqquşub: Yeddi nəfər xəsarət alıb - FOTO
Bakı Dairəvi yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə magistral şosenin Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota Prius" markalı avtomobili idarə edən Məmmədov Ramin Nofəl oğlu magistral yolda qəfil dayınıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Cahangirli Nüsrət Şükrət oğlu qəfil dayanan avtomobilə çırpılıb.
N.Cahangirli sükana nəzarəti itirərək əvvəlcə "Toyota"ya daha sonra beton yolayrıcına çırpılıb.
Qəza nəticəsində sürücülər Nüsrət Cahangirli, Ramin Məmmədov, sərnişinlər - 2004-cü il təvəllüdlü Platov Rəşad Bəxtiyar oğlu, 1966-ci il təvəllüdlü Dadaşov Caməllədin və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü Dadaşova Samirə ağır bədən xəsarətləri alıb.
Bundan başqa digər iki sərnişin də xəsarət alıb. Ağır xəsarət alan beş yaralı 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Avtotexniki ekspertiza təyin edilib.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir