Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər
Son günlər ölkəmizdə koronavirusla bağlı statistikada artım müşahidə olunur. Dünən COVID-19-a 59 nəfər yoluxub. Hazırda hər kəsin ehtiyat etdiyi məqam karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsidir ki, aidiyyəti səhiyyə qurumları bununla bağlı birgə məlumat yayıb.
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yaydığı birgə məlumatda qeyd edilib ki, son günlərdə COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Yoluxma dinamikası intensivləşəcəyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq xəstəliyə yoluxma halları təxminən 20 faiz artıb. TƏBİB-in infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva isə bu artımın ölkəmizdə 2,5 dəfə artıq olduğunu bildirib.
Bununla belə, yoluxanların sayında artımın müşahidə edilməsi xəstəliyin ağır keçməsinə səbəb olan amil deyil. Lakin vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir.
Bundan əlavə, qeyd olunub ki, dünyada müşahidə olunan yüksək artım fonunda ölkəmizdə həyata keçirilən mühüm preventiv tədbirlər, eyni zamanda əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində son bir neçə ay ərzində Azərbaycanda epidemioloji vəziyyətin sabit saxlanmasına nail olunub./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir