MİDA-nın mənzil seçimində oxşar problemlə qarşılaşmamaq üçün nə etməli? - AÇIQLAMA
"MİDA-nın nəticələri ləğv edildi. Bəs indi nə olacaq? MİDA qeyd edir ki, mənzillər yenidən satışa çıxacaq. Bu proses 5 saniyə ərzində bitəndə sahənin eksperti kimi dayanmadan məsələni gündəmdə saxladım və bildirdim ki, bu, normal deyil".
Bu fikirləri texno-bloger Fərid Pərdəşünas səsləndirib.
O bildirib ki, yeni ev satışı prosesi aşağıdakı kimi baş tuta bilər:
"1. 442 mənzil eyni anda satışa çıxmalı deyil. 2 gün ərzində günün müxtəlif saatlarına bölünməlidir. Çünki insanlar bəzən hazırlaşırlar və ani olaraq texniki xətanın qurbanı olurlar və hər şey itirilir. 400 mənzil 100-100 olmaqla, 4 mərhələdə satışa çıxarılmalıdır;
2. FİFA-nın dünya çempionatına bilet satmaq təcrübəsindən istifadə edərək, sistemə ilk daxil olan 100 adam üçün gözləmə otağı düzəltmək. Yəni, insan klik edir, yerini tutur. Daha sonra özündən əvvəlkilərin bitirməyini gözləyib, alış sisteminə daxil olur. Əks halda bir neçə səhifəni sürətli doldurmaq üçün insanlar botlardan istifadə edirlər. Əsas yerini tutmaqdır;
3. Bot istifadəsindən yayınmaq üçün Google Capture istifadə edilməlidir. Hazırda istifadə olunan model avtomatlaşdırılmış həllər tərəfindən rahat keçilir;
4. Sistemin şəffaflığı üçün nəticələr anlıq göstərilməldir. Bu hamı üçün əlçatan olmalıdır. Şəxsi məlumatların yayımlanması ilə bağlı öncədən istifadəçi ilə onlayn müqavilə imzalansın. Mən qorxmuram, çəkinmirəm, inanıram ki, ehtiyacı olan insanlar da ad, soyadının çıxmasından narahat olan deyil. Adlar, soyadlar açıq paylaşılmalıdır anlıq olaraq. Ehtiyacı olan insan, həqiqətən status sahibi olan adam başqalarının onu araşdırmasından qorxmalı deyil. Çünki şəxsi məlumatları paylaşmamaq adı ilə sistemdə şəffaflıq pozulur. Bu təmin olunmalıdır"./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir