"Yenidən qapanmalar iqtisadiyyata ciddi zərər vuracaq" - Ekspertdən HƏYƏCAN TƏBİLİ
"Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək. Ən çox zərər görənlər isə günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq".
Bu fikirlər iqtisadçı-ekspert Eldəniz Əmirova məxsusdur.
Ekspertin sözlərinə görə, bu vəziyyəti fürsətə çevirib qazananlar da olacaq:
"Amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil. Qapanma qərarının Avropada verilməsinə baxmayaraq, dünyada neft-qaz qiymətlərinə də təsir edir. Nəticədə ölkəyə valyuta daxilolmaları kəskin azalacaq.
Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə maliyyə vəsaiti lazım olacaq.
Başqa vaxt olsaydı, "qapanmalar tələbi aşağı salacaq, nəticədə inflyasiyanın sürəti azalacaq" deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların olması təklifi də kəskin azaldacaq.
Buna görə də təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların inflyasiyaya da təsiri çox pis olacaq.
Bu il iqtisadiyyatın "gül-çiçək açdığı" 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ildir. Odur ki, "qapanma" qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta "qapanma"nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır". /Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir