"Rövşən Rzayevin qohumu şəhid bacısından 20 min alıb?" xəbərinə Dövlət Komitəsindən CAVAB
Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı tədbirlərin həyata keçirilməsində sosial ədalət və şəffaflıq hər zaman təmin edilib. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün indiyədək məqsədyönlü, ardıcıl tədbirlər həyata keçirilib. Bu kateqoriyadan olan vətəndaşlara yeni yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında aparılıb. Bu zaman sosial ədalət və şəfaflıq prinsipləri təmin edilib, qəza vəziyyətində olan tikililərdə və ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahələrinə birinci növbədə köçürülüblər. Ölkə ictimaiyyəti bu sahədə görülən işlər barədə müntəzəm məlumatlandırılıb.
Təəssüf ki, məcburi köçkünlərlə bağlı məsələlərdə bəzən obyektiv və hərtərəfli araşdırma aparılmadan Dövlət Komitəsinə qarşı əsassız iddialar səsləndirilir.
Mətbuatda 9 iyul 2022-ci il tarixdə yayımlanan "Rövşən Rzayevin qohumu şəhid bacısından 20 min alıb?" başlıqlı xəbərlə əlaqədar bildiririk ki, həmin xəbərdə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları barədə irəli sürülən iddialar əsassızdır və böhtan xarakterlidir. Dələduzluq törətməkdə ittiham edilən şəxslə Dövlət Komitəsinin sədrinin yaxın qohumluq əlaqəsi yoxdur. Ümumiyyətlə, baş vermiş dələduzluq faktı barədə komitəyə heç bir məlumat daxil olmayıb. Xəbərdən göründüyü kimi, fakt hüquq-mühafizə orqanlarında araşdırılıb. Dövlət Komitəsinin mövqeyi belədir ki, kimliyindən asılı olmayaraq, cinayət törətmiş hər bir şəxs mövcud qanunvericilik əsasında cəzalandırılmalıdır.
Onu da qeyd edək ki, Dövlət Komitəsi şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına xüsusi diqqət və xüsusi qayğı ilə yanaşır. Məcburi köçkünlərlə bağlı dövlət tərəfindən müəyyənləşdirilən sosial müdafiə tədbirləri həyata keçirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir