Deputat Prezidentə yazdığı səhv təbrikdən danışdı: "Təbriki yazanda, 39 dərəcə qızdırmanın içindəydim"
"Xəstəyəm, qızdırma içindəyəm, ola bilsin, mexaniki olaraq səhv yazmışam (Prezident İlham Əliyevə "Facebook" sosial şəbəkəsində yazdığı təbriki nəzərdə tutur – red), amma sonradan düzəltmişəm. Təbrik mətnini yazanda 39 dərəcə qızdırma içindəydim".
Sonxeber.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.
Deputat bildirib ki, belə hallar hər kəsdə ola bilər: "Bu, sadəcə, mexaniki yalnışlıqdır. Bayram bayramdır, əsas odur ki, Cənab Prezidenti təbrik etmişəm".
Xatırlatma: R.Nurullayev Prezident İlham Əliyevin Qurban bayramı ilə bağlı "Facebook" sosial şəbəkəsindəki paylaşımına təbrik yazıb. O, yanlışlıqla Qurban bayramı əvəzinə, Ramazan bayramını qeyd edib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4117 Tarix: 09 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr