Rusiyada çeçenlərə savaş elan edən azərbaycanlı avtoritet kimdir? - DOSYE

Rusiyada çeçenlərə savaş elan edən azərbaycanlı avtoritet kimdir? - DOSYERusiyanın şimal-qərbində ən böyük pərakəndə və topdan ticarət bazarı olan Neva meyvə-tərəvəz bazası yaxud digər adı ilə "Sofiysk" bazarı Sankt-Peterburq şəhərinin və bütövlükdə Leninqrad vilayətinin kriminal xronikasında tez-tez hallanan ərazidir.

Frunze rayonunu sənaye zonasında yerləşən bazar 60 min kvadrat metr ərazini əhatə edir. 200-dən çox şirkət və biznesmenin çalışdığı bazar hər gün 2 minə qədər yük maşını qəbul edir, burada xaricdən gətirilərək sonradan Rusiyanın qalan ərazilərinə paylanan meyvə-tərəvəzin 60%-ə qədəri cəmləşib.

Qeyri-rəsmi olaraq azərbaycanlıların nəzarəti altında olan bazarın ərazisində son illərdə çoxsaylı qətllər, atışmalar, qarətlər və kütləvi davalar, hədə-qorxu yolu ilə pul tələb etmələr, adam oğurluğu və s. zorakı cinayətlər baş verib.

Sonxeber.az "Sofiysk" bazarına nəzarət uğrunda azərbaycanlı klanlar arasında gedən savaş və həmin klanlardan birinin lideri olan Novruz Məmmədovun kriminal fəaliyyətinə nəzər salır.

"Sofiysk" bazarı azərbaycanlı "qanuni oğru"lar Lotu Quli (Nadir Səlifov) və Rövşən Lənkəranski (Rövşən Caniyev) arasında transmilli müharibənin ocaqlarından biri idi. Amma bazarda baş verən qətllərin çox az qismi onların mübarizəsinin nəticəsi idi.

Belə ki, "Sofiysk" bazarında öz müstəqil siyasətlərini aparan və məqsədləri yolunda heç bir cinayətdən çəkinməyən 2 klan savaşırdı. 2010-cu ilə qədər bazar uğrunda Vüqar Hüseynovun və Novruz Məmmədovun klanları arasında savaş gedirdi. Amma bu mübarizə 2010-cu ildə Vüqar Hüseynovun və dəstə üzvlərinin həbsi ilə başa çatdı. Hüseynov idmançı həmyerliləri Laçın Məmmədov və Rafael Qurbanovla mütəşəkkil cinayətkar dəstə yaradaraq bazardakı azərbaycanlılardan satdıqları hər 1 kiloqram göyərtiyə görə ona 5 rubl haqq ödənilməsini tələb edirdi. Amma iş adamı Valeh Məmmədov qanunsuz pul tələbi ilə razılaşmayaraq ödənişlərdən imtina edir.

İstintaq Vüqar Hüseynovun Paşayev adlı həmyerlisinə 100 min rubl pul və qaz tapançası verərək opponetini öldürmək göstərişini verdiyini müəyyən edib.

Məhkəmə Vüqar Hüseynovu qanunsuz silah saxlama, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, qətl və s. ağır cinayətlərdə təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum edib. Onun əlaltılarından Laçın Məmmədov 4 il həbs, Rafael Qurbanov isə 5 illik şərti həbs cəzası alır. Əsas rəqibi həbs düşdükdən sonra Novruz Məmmədov "Sofiysk"də hakimiyyəti tam olaraq öz əlinə alır.

2015-ci ilə qədər Novruz Məmmədov və qardaşları "Sofiysk" bazarına tam nəzarət edir, şəxsi restoranında Sankt-Peterburqun nüfuzlu polis rəislərinə ziyafət təşkil edirdi. Onun silahlı dəstəsinin üzvləri Sankt-Peterburq küçələrində bahalı avtomobillərdə və əlində silah gəzirdi. Amma belə gəzintilərdən biri ciddi problem yaradır. Belə ki, silahlı dəstə üzvləri Peterburqun məşhur "Music Bar 11" adlı məşhur gecə klubunda çeçenlərlə toqquşur. Atışma zamanı 1 çene öldürülür, 2 inquş milliyyətindən olan şəxs isə xəsarət alır. Atışmada iştirak edən 4 azərbaycanlıdan yalnız biri, Novruz Məmmədovun şəxsi mühafizəçisi Samir Cəfərov həbs olunur. İnsident çeçenlərlə ciddi qarşıdurma doğura bilsə də, N. Məmmədov bundan çəkinmədiyini dilə gətirir.

Rusiya mediası onun bu məsələ ilə bağlı "istənilən söhbətə çeçenlərdən on dəfə çox adam yığaram", - deyə öz ətrafına dediyini yazıb. Amma 2015-ci ildə Novruz Məmmədovun başının üstünü qara buludlar alır. Belə ki, Sofiysk bazarında ticarətlə məşğul olan iş adamı Vüsal Əsgərov həmyerliləri tərəfindən oğurlandığını, azad olunması üçün ailəsinin Novruz Məmmədova haqq ödədiyini bildirir.

2015-ci ci ilin iyununda Novruz Məmmədov və onun dəstə üzvləri Elvin Əhmədovla İsrail Abdullayev həbs olunur. Onların 2012-ci ilin iyun-iyul aylarında Vüsal Əsgərovdan 3 milyon rubl pul tələb etdikləri, daha sonra isə əlavə 1 milyon rubl istədiklərini müəyyən edib. O bununla razılaşmadıqda oğurlandığı, evlərdən birində girov saxlanıldığı və ailə üzvlərindən ödəniş alındıqdan sonra azad edildiyi müəyyənləşib.

Nəticədə Məmmədov və 5 yaxın adamı cinayət işi ilə bağlı həbs olunur və bir neçə il həbsə qalır. 2021-ci ilin dekabrında Sankt-Peterburqun hüquq-mühafizə orqanları "Sofiysk" bazarına növbəti reys edərək Novruz Məmmədovun qardaşı Mübarizi və onun adamlarını həbs edir. Novruz Məmmədov isə 2008-ci ildə Rahib Abdullayev adlı azərbaycanlının qətlində ittiham olunaraq təkrar axtarışa verilir. Belə ki, azərbaycanlı klanlar arasında "Sofiysk" bazarı uğrunda gedən savaş zamanı 2007-ci il aprelin 19-da Novruz Məmmədovun qruplaşmasına daxil olan iş adamı Valeh Məmmədov Sankt-Peterburqun Zaqreb bulvarında odlu silahdan açılan atəşlə qətlə yetirilir.

Tezliklə Rusiya polisi cinayətdə əli olan Pərviz və Uğur adlı şəxsləri həbs edir və onlara hökm oxuyur. Amma yaxının ölümü ilə barışmayan Novruz Məmmədov cinayətin sifarişçisini tapmaq üçün tapşırıq verir.

Novruz Məmmədov həmin cinayəti törədən şəxslərdən birinin qardaşı - Rahib Abdullayevi oğurlayaraq özlərinə məxsus "Starıy qorod" (Köhnə şəhər) restoranına gətirir. Burada çoxsaylı şahidlərin gözü önündə ona ağır işgəncələr verirlər. Daha sonra isə "killer qardaşımızı öldürüb, indi də biz onun qardaşını öldürürük", - deyərək Rahib Abdullayevi edam edirlər. Onun cəsədi Leninqrad vilayətində meşəlik sahədə basdırılır.

13 il əvvəl törədilən cinayət barədə çoxlu sayda insan məlumatlı olsa da, Sankt-Peterburq İstintaq Komitəsi yalnız 2021-ci ildə faktla bağlı cinayət işi açması da məsələdə sual doğuran digər məqamdır.

Lakin yeni cinayət işi Novruz Məmmədov üçün heç bir təhlükə yaratmır. Belə ki, o 2015-ci ildə həbs olunduqdan sonra bir neçə il həbsdə yataraq azad olunur və qısa müddət sonra doğma Şəmkir rayonunu Şiştəpə kəndinə qayıdır. Rusiya mediası hazırda Novruz Məmmədovun məhz Şiştəpədə yaşadığını, amma çoxsaylı qohumları və tanışları vasitəsilə "Sofiysk" bazarındakı proseslərə rəhbərlik etdiyini iddia edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4247   Tarix: 09 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr