Niyə bəzi ölkələr TİKTOKU qadağan edir?
Çinin yaratdığı TikTok platforması bu ölkənin özündə ciddi qadağa altındadır. Çin öz uşaqlarını bu platformadan qoruyur.
Məsələn, böyüklər gecə 22:00-dan səhərə kimi TikTok-a girə bilmir. Bu müddətdə beyin dincəlməlidir və istənilən sosial şəbəkə zərərlidir. Çin də bunu gözəl anlayır.
Gecə yarıya kimi TikTok-da vurnuxan insanın gündüz normal iş qabiliyyətinin olması mümkün deyil.
Sonxeber.az bakupost-a istinadən xəbər verir ki, Çin hökuməti uşaq və yeniyetmələrin TikTok-a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var.
Hindistanda isə TikTok ümumiyyətlə, açılmayıb.
Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada TikTok-a ancaq xüsusi VPN vasitəsilə daxil olmaq mümkündür.
Dünyanın bir çox alimləri də artıq TikTok-la bağlı narahatlıqlarını bildirir.
TikTok-a baxanda insanın gözü qarşısında 15 saniyənin içində bir neçə hətta 10 şəkil görüntü dəyişir. Dəyişən şəkillər və görüntülərə baxdıqca insanın emosiyaları da dəyişir.
Sürətlə dəyişən emosiyalar beyinin sağ yarımkürəsini iflic hala gətirir. Beyin nəyi, necə qavrayacağını çatdıra bilmir. Bu səbəbdən beyində neyronlar arasında əlaqəsiz rabitəsizlik başlayır.
Bir dəqiqə ərzində çoxsaylı görüntüyə baxan insanda "klip düşüncə" psixoloji halı formalaşır.
Çində 3500 məktəbli arasında aparılan tədqiqat göstərib ki, "klip düşüncə"yə malik uşaqlarda riyaziyyatda geriləmə, stress, əsəb, yuxu pozğunluğu, yaşına uyğun olmayan gerilik, düşüncə əskikliyi yaranıb.
Bundan qorxuya düşən alimlər ümumiyyətlə, uşaqlara TikTok-un qadağan olunmasını irəli sürüblər.
Onlar hesab edir ki, azyaşlı uşaqların beyni və düşüncəsi hələ formalaşma ərəfəsində olduğu üçün TikTok-un təsiri fəciəvi olacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1121 Tarix: 09 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi
20 oktyabrTürkiyədə maraqlı tapıntı aşkarlandı
Arxeoloqlar 2024-cü ildə Türkiyənin cənub-qərbində aşkar edilmiş Roma dövrünə aid əhəngdaşı kahinliyinin üzərindəki yazıları deşifrə ediblər. Məlum olub ki, daş sütunda qədim sakinlərin heyvan sümüklərindən düzəldilmiş zarlardan istifadə edərək tanrılara verdiyi 56 suala cavab varmış. xəbər verir ki
21 oktyabrMonteneqro noyabrdan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir
Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir. xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik TASS-a müsahibəsində bildirib. "Monteneqro tərəfi noyabrın 1-dən Rusiya Federasiyası ilə Monteneqro hökuməti arasında ölkə vətəndaşlarının qarşılıql
21 oktyabrParisdə etirazçılar Luvrun girişini bağlayıblar
Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin
19 oktyabrYer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabrKallas: Rusiya ərzaqdan silah kimi istifadə edir
Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas Rusiyanı Qara dənizdə gəmilərə hücumları artırmaqda və qlobal ərzaq təhlükəsizliyinə zərər vurmaqda ittiham edib. xəbər verir ki, Kallas bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, son 1
20 oktyabrAstronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19 oktyabrBu şəhərlərdə gecələr küçəyə çıxmaq yasaqlandı
Fransanı bürüyən kütləvi etirazlar və şiddətli toqquşmalar fonunda hökumət radikal addımlar atmağa başlayıb. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 19-dan etibarən ölkənin şimalında yerləşən Lil şəhərində, eləcə də, ətraf, Vattinyi və Dönen şəhərlərində iki gecəlik komendant saatı elan olunub
20 oktyabrKim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər
20 oktyabr