Etibar Əliyev: "Otağa çin oyuncaqlarını yığıb, dala-qabağa fırlatmaqla..."

Etibar Əliyev: "Otağa çin oyuncaqlarını yığıb, dala-qabağa fırlatmaqla..."""Facebook", "Google", "Amazon" kimi qlobal informasiya kompaniyaları ilə yanaşı, Amerika və ərəb investisiya fondları Hindistanın informasiya sferasına yatırımlar etmək və bu ölkənin informasiya kompaniyaları, o cümlədən JİO Platformsla əməkdaşlıq etmək istəyirlər. Bütün dünyanın ən yaxşı informasiya texnologiyaları (İT) müttəxəsislərinin 4-dən 3-ü hindlilərdir. Banqalor şəhərində Hindistanın İT-eksportunun 38 faizi istehsal olunur. Mütəxəssislərin qənaətinə görə, yaxın zamanlarda bu vadi dünya informasiya texnologiyalarının əsas mərkəzi sayılan San-Fransiskonun Silikon vadisini ötəcək. Hindistanlı gənclər ildə ölkələrinə 150 milyard dollar vəsait qazandırırlar. Rusiya təhsil nazirliyinin məlumatına görə, son 3 ildə İT mütəxəssisləri üçün dövlət hesabına ayrılan yerlər 15 min nəfər artırılıb. 2022/23 -cü tədris ilində ali məktəblərə rəqəmsal iqtisadiyyat üçün 160.413 nəfər (63 ixtisasdan) dövlət hesabına yerlər ayrılıb. Ruslar hesab edirlər ki, onlara 500.000-dən çox bu sahə üzrə mütəxxəssis lazımdır. Bu ölkəni İT mütəxəssisləri kütləvi şəkildə tərk edirlər. Təkcə ötən il onları sayı 100.000 nəfərə çatıb ("Arqumentı i faktı" qəzeti). Bunun qarşısını almaq üşün onlara müxtəlif stimullaşdırıcı güzəştlər tətbiq edirlər. İsrail rəsmilərinin məlumatına görə, İT mütəxəssisləri ən çox bu ölkəni tərk edirlər. Onlar da bu vacib ixtisas sahiblərini ölkədə saxlamaq üçün mexanizmlər axtarırlar. İT seqmentində işləyən cavanların əlavə vaxt itirməmələri üçün onların işini Orduda alternativ xidmət səviyyəsində tuturlar. Əlbəttə ki, təhsil müasir dövrdə maraqlı, müəyyən mənada zamanı qabaqlayan həyati vacib məsələlərə yönəlməlidir. Buna görə bütün dünyada olduğu kimi bizdə də normal şərait yaradılarsa mütəxəssisləri ölkədə saxlamaq mümkün olacaq. Bəs, bizdə İT mütəxəssisləri hansı ali məktəbdə hazırlanır? Bacarıqlı müəllimlər varmı? Ölkədə neçə nəfər İT mütəxəssisi var? Neçəsi ölkəni tərk edib? Kadr hazırlığı məsələlərində rəqabət mühiti necədir? Bu peşəni seçənlərə hansı güzəştlər olunur? Mən bu cür təhlillərə rast gəlməmişəm".

Bunu deputat Etibar Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, İT mütəxəssisləri təkcə auditoriyalarda yetişə bilməzlər, kiçik də olsa, vadi yaratmaq lazımdır: "Bizimkilərin başı "Steam-steam" oynundan açılsa, bu barədə düşünərlər. Əlbəttə ki, baş və istək olsa. "Steam" çox maraqlı və əhəmiyyətli sinerjidir. Nə fayda, bunu da urvatsız elədilər. Bir neçə otağa çin oyuncaqlarını yığıb, dala - qabağa fırlatmaqla "innovasiyalar" adı altında külli miqdarda vəsaiti qamarlamağın vaxtı keçəndən sonra harada qaldığımızı görəcəksiniz. Ən sürətlə dala-qabağa gedən oyuncağı Bakı Avropa liseyində gördüm. Bir neçə gün sonra isə təsadüfə həmin oyuncağın bənzərini parkda azyaşlı uşaqların oynatdığını müşahidə elədim. Paytaxtın mərkəzində yerləşən məktəblərdə belə, internet yoxdur, komputerlər bərbad vəziyyətdədir. Bunlar isə xaricə 50 nəfərin turist səfərini təşkil edib, 10 minlərlə dollar vəsaiti havaya sovururlar". /Pravda


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3322   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr