Qazilər üçün medal hazırlayan işbazların çirkin biznesi - ARAŞDIRMA

Qazilər üçün medal hazırlayan işbazların çirkin biznesi - ARAŞDIRMA"Şəhidlərin, qazilərin adından istifadə edərək şəxsi mənfəət üçün edilən bütün əməllərə qarşı barışmaz mövqe tutulmalıdır. Bu məsələlərin hüquqi tərəfi ilə yanaşı, mənəvi tərəfi, məsuliyyəti daha ağırdır. Bu cür hallarla bağlı da hüquq-mühafizə orqanları ciddi araşdırma aparmalıdırlar".

Vətən Müharibəsindən sonra bir sıra QHT və media qurumları tərəfindən öz fantaziyalarına uyğun medallar təsis olunur. Ardınca da təmtəraqla qazilərimizə "hədiyyə" edilir. Media üzərindən təqdimatlarda, guya, bununla qazilərin Vətən qarşısında xidmətinə qiymət verildiyi qabardılır.

Sonxeber.az xəbər verir ki, "Kaspi" mövzu ilə bağlı məqalə hazırlayıb.

Dəyərlər gözdən salınır

Əsl gerçəklikdə isə heç bir dəyəri olmayan bu "medallar" qazilərin sosial durumuna uyğun olaraq onlara 100-300 manat müqabilində satılır. Qazi var ki, ikinci Qarabağ savaşında iştirakına görə dövlət tərəfindən cəmi 1-2 medalla, işbaz QHT sədrləri və media qurumları tərəfindən 10-15 medalla təltif olunublar. Əməllərində sərhəd tanımayan belə işbazlar eyni qaydada şəhid ailələrinin üzvlərinə də yol tapır, onların ağrı-acısından, həssas durumundan hansısa yollarla yararlanırlar. Təbii ki, bu, ikrah doğurur. Hər hansı statusu, çəkisi olmayan belə "təltiflərlə", əslində, milli-mənəvi dəyər hesab etdiklərimiz adiləşdirilir, gözdən salınır. Elə buna görədir ki, Şuşa adından fərdi qaydada mükafatların, diplom, sertifikat və sairin təsis olunmasına rəsmi şəkildə qadağa qoyulub.

"Medalı" sinəsinə taxıb, köksünü qabağa verənlər

Mövzu ilə bağlı fikirlərini "Kaspi" qəzetinə bölüşən millət vəkili, birinci Qarabağ müharibəsi veteranı Arzu Nağıyev söyləyib ki, orden və medallar dövlət tərəfindən təsis olunan, ayrı-ayrı şəxslərin Vətən, millət qarşısında xidmətlərinə görə verilən təltiflərdir. Deputatın sözlərinə görə, orden və medal qanunverici orqanın – Milli Məclisin qərarı ilə təsis olunur: "Qanunla təsis olunan və vətəndaşlara təqdim olunan bu təltiflərin hər biri onun sahibinin əməyini, fədakarlığını, xidmətini ifadə edir. Lakin müharibədən anlayışı olmayan, savaş görməyən, Vətən müharibəsindən sonra populyarlaşan QHT-lərin şəhidlərin ailə üzvlərinin, qazilərin heysiyyətinə toxunaraq 100-200 manat müqabilində onlara hansısa "medal" təqdim etməsi yaxşı hal deyil. Bu "medalı" alıb sinəsinə taxan, köksünü qabağa verən şəxslərin davranışı da başadüşülən deyil. Axı bunu necə qəbul etmək olar? O "medalın" hansı dəyəri, hansı statusu var? Bu, qəbuledilməzdir, cəmiyyətdə ikrah doğurur. Ordeni, medalı vətəndaşa dövlət verir və bu təltifin arxasında hansısa imtiyaz, güzəşt, xidmət dayanır. Qeyd olunan xoşagəlməz əməllərə yol verənlər qanun qarşısında cavab verməlidirlər. Bununla belə, o "təltifləri" qəbul edən şəxslər də ciddi düşünməlidirlər".

Passiv və aktiv rüşvətxorluq anlayışları

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev təəssüflə qeyd edib ki, son vaxtlar bir sıra şəxslərin müxtəlif adlarla "mükafatlar" təsis edərək həm vətəndaşlar, həm də ayrı-ayrı şirkətlər, bəzi hallarda dövlət qurumlarında çalışan vəzifəli şəxslərdən pul alaraq onları "təltif etməsi" təcrübəsi geniş vüsət alıb: "Xüsusən də 44 günlük Vətən Müharibəsində şəhid olmuş, yaralanmış, veteran statusu almış vətənimizin qəhrəman övladlarının, onların ailə üzvlərinin adlarından istifadə etməklə bu cür mükafatların "təsis edilməsi" və verilməsi ciddi narahatlıq yaradır. Daha ağır əməl isə bu cür "mükafat", təşəkkürnamə, diplom, fəxri fərmanların, medalların, döş nişanlarının maddi və sair nemətin, imtiyazın və ya güzəştin əldə edilməsi müqabilində verilməsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (311 və 312-ci maddələr) passiv və aktiv rüşvətxorluğun anlayışları verilmişdir. Passiv rüşvətxorluq, yəni rüşvət alma – vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı yaxud güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsidir. Bu "mükafatları" pul alaraq verənlər, məhz hər hansı təşkilat və qurumun vəzifəli şəxsi kimi korrupsiya hüquqpozması törədirlər. Düşünürəm ki, həm sosial şəbəkələrdə, həm də mediada bu cür hadisələrin baş verməsi ilə bağlı yayılan məlumatlar prokurorluq orqanları tərəfindən ciddi nəzarətə götürülməli və araşdırılmalıdır".

Mənəviyyatsızlığın ən yüksək zirvəsi

Hüquqşünas deyib ki, belə hərəkətə yol verən insanların əməlinə hüquqi qiymət verilməlidir. Onun sözlərinə görə, bu cür əməllərə qarşı qanunlar ən sərt ölçüdə tətbiq edilməlidir: "Belə "mükafatlandırma" hadisələri ilə bağlı məlumatların analizi göstərir ki, şəhid və qazi ailələri bir çox hallarda bilmədən dələduz şəxslər tərəfindən istifadə edilir. Hətta qazilərdən, şəhid ailəsi üzvlərindən müəyyən qədər vəsait alınır, guya onların xatirəsinin əbədiləşdirilməsi, tanıdılması adı altında mükafatlar verilir, tədbirlər keçirilir. Bu cür hallarla bağlı da hüquq-mühafizə orqanları ciddi araşdırma aparmalıdırlar. Bəzən həssas məsələlər kimi dözümlülük nümayiş etdirilir. Amma düşünürəm ki, bu cür yanaşma düzgün olmazdı. Şəhidlərimizin, qazilərimizin, onların ailə üzvlərinin adından istifadə edərək şəxsi mənfəət üçün edilən bütün əməllərə qarşı barışmaz mövqe tutulmalıdır. Bu məsələlərin hüquqi tərəfi ilə yanaşı, mənəvi tərəfi, məsuliyyəti daha ağırdır. Şəhid və qazilərin, onların ailə üzvlərinin adlarından istifadə edilməsi mənəviyyatsızlığın ən yüksək zirvəsidir. Cəmiyyətimiz, ziyalılar, vətəndaş cəmiyyəti, media bu cür hallara və şəxslərə qarşı sərt mövqedən çıxış etməlidir. Belə bəd əməllərə yol verənlər hər addımda tənəyə məruz qalmalıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 906   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr