Bundan sonra Ermənistanda hər şey Türkiyənin diktəsi ilə olacaq

Bundan sonra Ermənistanda hər şey Türkiyənin diktəsi ilə olacaqSonxeber.az xəbər verir ki, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı 4 görüş keçirilib. Amma ortada hələ də konkret müsbət nəticə yoxdur. Türkiyəyə qarşı ərazi və saxta soyqırımı iddiası olan Ermənistanla qısa zamanda barışığın əldə edilməsi gözlənilirmi?

- Əslində burada problem Ermənistanla bağlıdır. İllərdir xəstəliyə düçar olmuş bir toplumun birdən-birə dörd görüşlə hansısa bir nəticəyə nail olması da çətindir. Ola bilsin 10 və ya 20 dəfə belə görüş olsun ki, bəlkə bir müsbət nəticəsi hasil edilsin. Əgər qısa zamanda nəsə əldə etmək asan olsaydı, Azərbaycan Ermənistana təsirli addımla buna nail olardı. Çünki Ermənistanda xəstə bir təfəkkür hökm sürür. Görünən də odur ki, onları sağaltmaq qeyri-mümkündür. Siz təsəvvür edin ki, bu gün Türkiyə ilə münasibətləri normallaşdırmaqdan danışan Ermənistanın qardaş ölkənin 4 vilayətinə qarşı ərazi iddiası var. Ermənistan konstitusiyasında bu məsələ öz "əksini" tapıb. Ağrı dağı "Ararat dağı" adı altında erməni cəmiyyətinə sırınır. Ona görə də, birdən-birə bu düşüncəni erməni cəmiyyətindən uzaqlaşdırmaq çox çətindir.

- Belə olan halda Ermənistan iqtidarının Türkiyə ilə barış istəyinə necə səmimi yanaşmaq olar?

- Bu gün Ermənistanda olan yeni iqtidar ölkəni böhrandan qurtarmaq üçün Türkiyə kimi güclü bir qonşu ilə dil tapmağa çalışır. Amma Ermənistan iqtidarının da bu barədə çətinliyi var. Çünki cəmiyyəti normal düşüncə ilə başa salmaq olmur. Bu cəmiyyətin çoxluğu xəstə düşüncədədir. Ona görə də, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması və münasibətlərinin normal qaydaya düşməsi bir sıra çətinliklərlə üzləşir. Sözsüz ki, bu gün Ermənistan bazarında türk məhsulları satılır. Həmçinin Ermənistanda bir fobiya var ki, Türkiyə ilə sərhədləri açdıqdan sonra iqtisadi asılılığa düşəcəklər. Onlar hesab edir ki, Türkiyə iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi Ermənistan bazarını "ələ keçirəcək", bundan sonra isə Ermənistanda hər şey Türkiyənin diktəsi ilə olacaq. Amma müasir dövrdə cəmiyyətlərin, dövlətlərin belə bir qorxusu olmamalıdır. Çünki real rəqabət daha çox inkişafa yol aça bilər. Bu, bəlkə də daha faydalı olar. Türkiyə bazarlarından yararlanmaqla Ermənistan cəmiyyəti yoxsulluq həddindən çıxmaq imkanı qazanar.

- Nikol Paşinyan son açıqlamalarında Azərbaycanın yeni müharibəyə başlamaq təhlükəsindən bəhs edib. Sülh prosesi reallaşmadıqda, müharibə ritorikasının ciddi müstəviyə keçməsi nə dərəcədə real görünür?

- Azərbaycan əslində hər zaman müharibəyə hazırdır. Ermənistan kimi qonşusu olan bir ölkə müharibəyə hazır olmalıdır. Biz əbədi sülhə hazırlaşa bilmərik. Eyni zamanda Ermənistanın bütün qonşuları daimi olaraq ondan özlərini müdafiəyə hazır olmalıdır. Hətta qonşu Gürcüstan da Ermənistan iddialarına qarşı özünün hərbi hazırlığını yüksək səviyyədə saxlamalıdır. Ermənistanın Gürcüstana olan ərazi iddiaları fonunda bu məsələnin də nə dərəcədə ciddi əhəmiyyət daşıdığına diqqət çəkmək lazımdır. Ona görə də, Ermənistanla bağlı hər hansı bir ölkənin dincliyinin olması normal bir şey deyil. Ermənistan sülhə gəlməyincə hər an müharibə ehtimalı var. Azərbaycan da müharibəyə məhz buna görə hazırlaşır. Bizim Ermənistan ərazisini işğal etmək niyyətimiz yoxdur. Məqsədimiz qonşumuzla normal yaşamaqdır. Amma anormal bir qonşu ilə biz necə sakit davrana bilərik? Əslində Paşinyan erməni cəmiyyətinə bununla bağlı normal mesaj verməlidir.

- Sülh istiqamətində danışılır, amma Ermənistan tərəfindən heç bir addım atılmır. Bunun fonunda Kəlbəcərlə dövlət sərhədində təxribatlar baş verir. Bu paradoksu necə izah etmək olar?

- Bütövlükdə sülh prosesinin uzanması bizim ziyanımıza deyil. Bu, əslində bizim daha da möhkəmlənməyimiz üçün ciddi vaxt imkanıdır. Digər tərəfdən bütövlükdə Azərbaycanın dayaqlarını da itirmir. Əksinə daha da möhkəmləndirir. Çünki məsələlər bir balaca yoluna düşən kimi arxayınlıq yaranır. Əslində bu hal bizim ayıq-sayıq dayanmağımız üçün də vacibdir. İndi isə biz Vətən müharibəsində qalib gəlmişik. Proseslər bizim tərəfimizdədir. Ermənistanın ərköyünlüyünün cavabını isə özü qarşılayır. Amma ümumilikdə biz çalışmalıyıq ki, proses sülhə doğru getsin. Burada ilk növbədə Ermənistanın özü təşəbbüs göstərməlidir ki, qalib dövlətə qarşı bu cür münasibəti sona qədər qoruyub saxlamaq mümkün olmayacaq. Burada beynəlxalq partnyorlar da Ermənistanla bağlı ciddi reaksiya verə bilər. Çünki götürülən öhdəliklərə bu ölkə əməl etmir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq arenada haqlı mövqeyini daha da gücləndirir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1546   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

Monteneqro Rusiya vətəndaşları üçün noyabrın 1-dən viza rejiminin tətbiqi barədə Rusiyanı rəsmi şəkildə məlumatlandırıb. APA xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik bildirib. Diplomatın sözlərinə görə, Monteneqro tərəfi 2008-ci il sentyabrın 24-də iki ölkə arasınd

21 oktyabr
.

İran 75 min etirazçını öldürüb - Tramp

İslam respublikası 8 ay ərzində ölkədə 75 min etirazçını öldürüb. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bəzi insanlar iranlıların niyə etiraz etmədiyinə təəccüblənirlər. Küçənin başında pulemyotlar olanda və sizi güllələyəndə etiraz etmək bir az çətin olur", - o əlavə edib

20 oktyabr
.

Milanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib

İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri

20 oktyabr
.

İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı

Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər

20 oktyabr
.

Monteneqro noyabrdan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir. xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik TASS-a müsahibəsində bildirib. "Monteneqro tərəfi noyabrın 1-dən Rusiya Federasiyası ilə Monteneqro hökuməti arasında ölkə vətəndaşlarının qarşılıql

21 oktyabr
.

Bu ölkədə ilk Ebola hadisəsi təsdiqləndi

Nigeriyanın səhiyyə nazirliyi bildirib ki, virus ölkənin paytaxtı Abujada Uqandadan təyyarə ilə gələn bir qadında aşkarlanıb. Xəstə xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları yoluxmuş şəxslə təmasda ola biləcək 44 nəfəri izləyir. xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyi bildirib ki, Nigeriya vətəndaş

21 oktyabr
.

Associated Press: "CNN-in aparıcı jurnalisti Kristian Amanpur 43 ildən sonra telekanaldan ayrılır"

CNN-in uzun illərdir fəaliyyət göstərən aparıcısı Kristian Amanpur 43 illik karyerasından sonra telekanaldan ayrılacaq. Karyerasına adi köməkçi vəzifəsindən başlayan Amanpur onilliklər ərzində dünyanın münaqişə bölgələrindən reportajlar hazırlayaraq televiziyanın ən tanınmış müxbir və aparıcılarında

20 oktyabr
.

Marko Rubio Özbəkistana səfərə gedib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə

19 oktyabr
.

Yəməndə raket hücumu nəticəsində onlarla hərbiçi həlak olub

Yəmənin Şəbva vilayətində hökumət qüvvələrinin təlim düşərgəsinə raket hücumu nəticəsində azı 58 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir. Daha 14 nəfərin itkin düşdüyü qeyd olunur. Hücum ölkədə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Associated Press-ə istinadən xəbə

21 oktyabr