FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən Sonxeber.az-a daxil olan müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələrək bəzi ərazilərdə 40°-dək artacağı, eləcə də arabir güclənən küləyin müşahidə olunacağı gözlənilir.
Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun, eləcə də güclü küləyin yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Bundan əlavə, bu mövsümdə insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2853 Tarix: 10 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Emin Əmrullayev uşaqlarla yumurta döyüşdürdü - Video
Elm və təhsil naziri Emin Əmrullayev Novruz bayramı ərəfəsində Xankəndidə təhsil müəssisələrinə baş çəkib. "Qafqazinfo" xəbər verir ki, o, Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə şagirdlərə riyaziyyat dərsi keçib. Həmçinin nazir 1 nömrəli uşaq bağçasında azyaşlılarla yumurt
10 martDünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır"
10 martPensiyaçılara ŞAD XƏBƏR: Tarix açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fond
10 martSabah hava necə olacaq?
Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinl
10 martEmmanuel Makron Prezident İlham Əliyevə zəng edib
Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib. Emmanuel Makron
8 martNaxçıvan əhalisinin 50,1 faizini qadınlar təşkil edir
Naxçıvan əhalisinin 50,1 faizini qadınlar təşkil edir. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib. Onun sözlərinə görə, təhsil sahəsində çalışanların 70 faizi, səhiyyə v
8 martBayramlar ərəfəsində çərəz bazarında BAHALAŞMA - QİYMƏTLƏR
Novruz bayramı ərəfəsində çərəz bazarında qiymətlər artıb. Bəzi çərəzlərin qiyməti iki dəfə bahalaşıb. Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda bazarda ən bahalı quru meyvə püstədir. Püstə 50-55 manat, fındıq 28 manatadır. Yerli püstəyə piştaxtalarda rast gəlinməsə də, xaricdən gətirilən məhsul
10 mart