Moskvanın Azərbaycan diasporuna yeni sədr seçilib

Moskvanın Azərbaycan diasporuna yeni sədr seçilibUzun müddət təşkilata sədrlik edən Ağadadaş Kərimov postundan istefa verib. Moskvanın Azərbaycan diasporuna yeni sədr seçilib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin sədri vəzifəsinə iş adamı, xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.

Uzun müddət Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib. İyunun 10-da Muxtariyyətin hesabat seçki konfransı keçirilib. Muxtariyyətin Şura üzvləri və nümayəndələri tərəfindən yekdilliklə diaspor təşkilatına Bəxtiyar Həsənov sədr seçilib.

İyulun 1-də isə Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin hesabat seçki konfransının nəticələri tanınıb və təşkilat rəsmi qeydiyyata alınıb.

B. Həsənov APA-ya müsahibəsində bildirib ki, Moskva Azərbaycanlılarının diaspor təşkilatının sədri kimi qarşıya qoyulan vəzifələrin nə qədər çətin və mühüm olduğunu dərk edir: "Uzun müddət Moskvanın Azərbaycan diasporundakı durğunluğa təşkilatımız son verəcək. Bunun üçün bizim komanda tərəfindən Milli Mədəni Muxtariyyətin inkişaf konsepsiyası hazırlanıb. Biz bir vahid komanda şəklində bu konsepsiya üzrə fəaliyyət göstərəcəyik. Komandamıza Moskvada yaşayıb fəaliyyət göstərən ziyalılar və iş adamları daxildir".

Diaspor sədri təşkilatın Moskvada yaşayan bütün azərbaycanlıların üzünə açıq olduğunu da söyləyib: "Moskvada yaşayan həmyerlilərimizin problemləri ilə yaxından maraqlanacağıq. Bu sahədə əlimizdən gələni əsirgəməyəcik".

B. Həsənov aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında iştirakından və Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyada azərbaycanlılarının qarşısına qoyduğu vəzifə və tapşırıqlardan da danışıb: "Şuşada Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında iştirak etmək bir azərbaycanlı kimi mənim üçün böyük bir şərəf idi. Biz uzun illər idi ki, Şuşaya həsrət qalmışdıq. Orada olmaq, oranın ab-havasını duymaq əlbəttə ki, sözlə ifadə ediləsi hisslər deyil. Qurultayda möhtərəm prezidentin diaspor qarşısında qoyduğu vəzifələrlə tanış olduq. Biz çalışacağıq ki, prezidentin qarşımıza qoyduğu bu tapşırıqları layiqincə yerinə yetirək".

B. Həsənov diaspor təşkilatlarının dövlətlərarası münasibətlərin möhkəmlənməsində bir körpü rolunu oynadığını qeyd edib: "Ona görə də, biz diaspor təşkilatı olaraq fəaliyyətimizi elə quracağıq ki, bu, həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına xidmət etsin".

Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Rusiyada diaspor-ictimai təşkilat modelinin köhnəldiyini də vurğulayıb: "Biz Milli Mədəni Muxtariyyət olaraq yeni diaspor təşkilatı modelini ortaya qoymağı düşünürük. Bu diaspor təşkilatının daha çox açıq, yəni ictimaiyyətə, xalqa, həmvətənlərimizə daha açıq, onların problemlərinin, bütün növ-sosial, maddi, mənəvi, hüquqi problemlərinin həllinə kömək edəcək yeni ictimai təşkilat modelini ortaya qoymağı planlaşdırırıq. Sizi əmin edirəm ki, bu, iddia kimi səslənsə də, bizdə bunu həyata keçirəcək potensial mövcuddur. Milli Mədəni Muxtariyyət olaraq Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rusiyadakı Səfirliyi və təbii ki, Moskvanın hakimiyyət orqanları ilə sıx təmasda çalışacağıq".

Qeyd edək ki, Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin yeni sədri Bəxtiyar Həsənov 1974-cü ildə Azərbaycanın Ordubad rayonunda doğulub. Ali təhsillidir, ixtisasca şərqşünasdır. Hal-hazırda biznes fəaliyyəti ilə məşğul olan həmyerlimiz həm də Moskvada xeyriyyəçi kimi tanınır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1374   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr