Bakı qərar versə, yeni savaşa əngəl törədilməyəcək: ABŞ, Avropa və Rusiya kənardan müşahidə edəcək

Bakı qərar versə, yeni savaşa əngəl törədilməyəcək: ABŞ, Avropa və Rusiya kənardan müşahidə edəcəkMinsk Qrupu mövzusunda hələlik rəsmi İrəvan ilə oxşar mövqe tutan ABŞ və Qərb, Cənubi Qafqazda uzaqgedən maraqları olsa da, strateji əhəmiyyəti artmış Türkiyə-Azərbaycan İttifaqı ilə Ermənistan ucbatından qarşıdurmaya həvəs göstərməz... Ukrayna savaşında hər ötən gün daha da zəifləyən Rusiya isə Azərbaycan-Türkiyə İttifaqı ilə toqquşaraq, özünə qarşı hərbi fəlakətə çevrilə biləcək ikinci cəbhənin açılmasına səbəb verməz...

Sonxeber.az musavat.com-a istinadla xəbər verir ki, Ermənistan sülh sazişinin hazırlanması prosesini uzatmağa, hətta imkan daxilində iflasa uğratmağa çalışır. Hazırda mövcud olan situasiya rəsmi İrəvanın ənənəvi "xəyal hədəfləri"nin müzakirə mövzusuna çevrilnəsi baxımdan, sərfəli deyil. Cənubi Qafqazdakı yeni geopolitik şərtlər məğlub Ermənistanı, qalib Azərbaycan qarşısında sülh danışıqları prosesində də aciz duruma salıb.

Paşinyan hakimiyyəti çıxış yolunu sülh danışıqları prosesini mümkün qədər uzadıb, zaman qazanmaqda axtarır. Çünki, hazırda çətin vəziyyətdə olan yalnız Ermənistan deyil. Üstəlik, rəsmi İrəvanın əsas beynəlxalq himayədarları da ağır tarixi mərhələdən keçirlər. ABŞ və Qərb Rusiya ilə "proxy war" modeli üzrə müharibə aparır. Ona görə də, indi ABŞ və Qərb üçün Ermənistan müzakirə masasının üzərində yer tutacaq mövzu və ya problem deyil.

Rusiyanın Cənubi Qafqazda maraqları öz aktuallığını saxlayır. Hətta Kreml üçün bu region əvvəlkindən daha böyük əhəmiyyət daşımağa başlayıb. Ancaq Ukrayna savaşında çətin vəziyyətə salınıb, zəifləməkdə olan Rusiya üçün də regional maraqların Ermənistan üzərində indeksləşdirilməsi olduqca risklidir. Hər halda, Ermənistan indi ən yaxşı halda, formal dövlət təsiri bağışlayır. Və Ermənistan ucbatından Azərbaycan-Türkiyə İttifaqı ilə münasibətləri korlamaq Kremlin regional mövqelərini daha da zəiflədə bilər.

Məsələ ondadır ki, Azərbaycan-Türkiyə İttifaqının atdığı son addımlar əslində, Rusiya üçün də gələcəyin planlanması baxımdan, nəzərə almalı olduğu ciddi mesajlardır. Türkiyə həm NATO daxilində, həm də ümumiyyətlə, beynəlxalq siyasi məkanda öz mövqelərini ciddi şəkildə möhkəmləndirib. Hazırda Türkiyənin siyasi iradəsi dünya siyasətində idarəedici faktorlardan birinə çevrilməyə başlayıb. Və NATO-nun iki ən güclü ölkəsindən biri olan Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqi olmaqla yanaşı, Cənubi Qafqazda da əsas geopolitik oyunçu statusuna sahibdir.

Rəsmi Ankara Azərbaycanın Türkiyə üçün heç bir halda, vaz keçilməyəcək səviyyədə "qırmızı cizgi" olduğunu qətiyyən gizlətmir, əksinə, hər imkanda bunu açıq şəkildə qabardır. Türkiyənin müdafiə naziri Hulusi Akarın "Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir" deməsi də bunu təsdiqləyir və bəzi ünvanlara növbəti mesaj xarakteri daşıyır. Və rəsmi Ankaranın bu qətiyyətli mövqeyi Cənubi Qafqazda maraqları olan dövlətlər üçün diqtə edilən dəyişməz şərtdir.

Maraqlıdır ki, Türkiyə müdafiə nazirinin son açıqlamasında Azərbaycana qarşı təzyiq göstərmək niyyətinə düşə biləcək hər kəsə açıq və sərt xəbərdarlıq var: "Azərbaycan bizim qardaşımızdır. Bu mövzuda kimsənin tərəddüdü olmasın. Biz həqiqətən də iki dövlət, bir millətik. Xüsusilə də, biz 44 günlük uğurlu hərbi əməliyyatdan sonra azərbaycanlı qardaşlarımızla demək olar ki, bütövləşdik".

Maraqlıdır ki, H.Akarın açıqlamasında ATƏT-ın Minsk Qrupunu yenidən diriltməyə can atanlara da dolayısı eyhamlar yer alır. Türkiyənin müdafiə naziri Minsk Qrupuna münasibətdə rəsmi Ankaranın Azərbaycanla eyni mövqedə olduğununa işarə vurur. "ATƏT-in Minsk Qrupu və başqaları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün heç bir addım atmadılar" deməklə, Türkiyə tərəfindən həm Ermənistanın, həm də ABŞ-ın bu qurumu yenidən regional proseslərə qaytarmaq cəhdlərinə imkan verilməyəcəyinə eyham vurur: "Bir milyondan çox insanın qaçqın olmasına, Xocalı və başqa soyqırımların törədilməsinə, torpaqların 20 faizinin işğal edilməsinə baxmayaraq, heç bir şəkildə heç kim tükünü belə, tərpətmədi. Lakin indi önəmli bir məqam da var ki, Azərbaycan tək deyil. İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, davam edir. Tək ordu halında fəaliyyət göstəririk".

Bu açıqlamada Xocalı soyqırımının xatırladılması ilə mesajın üstüörtülü şəkildə hansı dövlətin ünvanına getdiyini anlamaq o qədər də çətin deyil. Eyni zamanda, Azərbaycanın tək olmadığının vurğulanmasının, "Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir" xəbərdarlığının da konkret ünvanlarının olduğu qətiyyən şübhə doğurmur. Bu, o deməkdir ki, rəsmi Ankara Azərbaycana yönəlik hər hansı hərbi təcavüz və ya təzyiq cəhdini məhz Türkiyəyə qarşı atılmış addım kimi qəbul edəcəyini anlatmağa çalışır. Və dünyada, eləcə də, regionda hökm sürən indiki qəliz hərbi-siyasi situasiyada Türkiyənin belə qətiyyətli, həm də açıq mövqeyi Azərbaycan üçün olduqca önəmlidir.

Hər halda, Ermənistanın sülh danışıqlarını açıq şəkildə pozmağa, sərhəd bölgəsində hərbi təxribatlar törətməyə çalışdığını nəzərə aldıqda, rəsmi Ankaranın bu mesajlarının səbəbsiz olmadığını düşünmək olar. Çünki Ermənistan özbaşına təxribatlar törətməyə cəsarət edəcək durumda olan dövlət deyil. Rəsmi İrəvan beynəlxalq himayədarlarından dəstək və ya sifariş almadığı halda, bütün bunlara cəsarət edə bilməz. Əgər, ordusu darmadağın edilmiş Ermənistan yeni savaşı stimullaşdıra biləcək təhlükəli addımlar atmağa çalışırsa, deməli, rəsmi İrəvan bununla bağlı kənardan sifariş və təhlükəsizlik təminatı alıb.

Bunun qarşılığında rəsmi Bakı Azərbaycan ordusunun ən elitar hərbi hissələrini Ermənistan ilə sərhəd bölgəsində yerləşdirir. Rəsmi Bakının bu taktikası isə Ermənistan üçün ciddi nəticələr çıxarılmalı olan addımdır. Çünki, bu, Azərbaycan Ermənistanla qarşılıqlı münasibətlərdə yeni savaş ehtimalı da daxil olmaqla, bütün variantlara hazır olduğunu təsdiqləyir. Və Azərbaycan regionda atacağı istənilən addım üçün Türkiyənin tam dəstəyinə də sahibdir.

Təbii ki, Minsk Qrupu mövzusunda hələlik rəsmi İrəvan ilə oxşar mövqe tutan ABŞ və Qərb, Cənubi Qafqazda uzaqgedən maraqları olsa da, Ermənistan ucbatından Türkiyə-Azərbaycan İttifaqı ilə qarşıdurmaya getməz. Burada həm Türkiyənin NATO daxilində mövqelərinin güclənməsi, rəsmi Ankaranın indiki situasiyada ABŞ üçün əhəmiyyətinin daha da artması xüsusi rol oynayır. Eyni zamanda, ABŞ və Qərb Azərbaycanın enerji resurslarının Avropa dövlətləri üçün necə həyati önəm daşıdığını da hesaba qatmaq məcburiyyətindədir.

Təxminən oxşar faktorlar Rusiya üçün də keçərlidir. Ukrayna savaşında hər ötən gün daha da zəifləyən Rusiya Azərbaycan-Türkiyə İttifaqı ilə toqquşaraq, özünə qarşı ikinci cəbhənin açılmasına səbəb verməz. Xüsusilə də, Kremldə anlayırlar ki, Ukrayna qarşısında aciz duruma düşən Rusiya NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə ilə hərbi qarşıdurmaya tab gətirməz. Üstəlik, Kremldə Türkiyə ilə hərbi toqquşmanın bütövlükdə NATO-ya qarşı müharibəyə çevrilə biləcəyini də anlamamış deyillər.

Bütün bunlar onu göstərir ki, Ermənistan hələ də "geopolitik oyuncaq" rolunu oynamaqla, başqalarının sifarişi ilə özünü yenidən böyük təhlükəyə atır. Halbuki, artıq sadaladığımız məqamları nəzərə aldıqda, Azərbaycan ordusu hərəkətə gətiriləcəyi təqdirdə, ABŞ və Qərbin, eləcə də, Rusiyanın müşahidəçi qalmalı olacağı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, rəsmi İrəvanın yeni savaşa səbəb verəcək davranışları ilə bağlı təhlükəsizlik təminatı almış olsa belə, Ermənistanın Azərbaycan qarşısında təklənəcəyi elə əvvəlcədən aydındır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3854   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021