Ərdoğan Zelenski ilə danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Söhbət zamanı Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Ən böyük arzusunun Ukraynada sülhü təmin etmək olduğunu vurğulayan prezident Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatının hazırladığı plan üzərində işləri davam etdirdiklərini bildirib.
Ukrayna ilə Rusiya arasında istənilən halda həllin diplomatiya yolu ilə olacağını, danışıqlar masasının açıq saxlanılması lazım olduğunu bildirən Türkiyə lideri, İstanbul prosesi çərçivəsində vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi göstərməyə hazır olduqlarını dilə gətirib.
Ərdoğan Qurban bayramı münasibətilə yayımladığı videomüraciətdə türkcə etdiyi bayram təbrikinə görə Zelenskiyə təşəkkür edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 945 Tarix: 11 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır. "Report" xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib. "Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərki
19 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyulGecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. -ın xəbərinə görə, bu barədə ümumi praktika həkimi Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Amir Xan bu vəziyyəti yaradan səbəbləri açıqlayıb. Mütəxəssisin sözlərinə görə, gecə tərləməsi menopauza və perimenopauza
18 iyulSüni intellekt artıq dünyanı məhv etməyə başlayıb - Yeni ARAŞDIRMA
Süni intellekt infrastrukturunun inkişafı təkcə texnoloji irəliləyiş deyil, həm də ciddi ekoloji problemə çevrilir. Süni intellektin sürətli inkişafı güclü hesablama sistemlərini dəstəkləmək üçün getdikcə daha çox məlumat mərkəzlərinin yaradılmasını tələb edir. Lakin texnoloji tərəqqi ilə yanaşı, ekoloj
19 iyul