Ukraynada azərbaycanlı qəhrəmanın evi təmir olundu - FOTO
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyev vilayəti İrpin şəhərinə səfəri zamanı 2014-cü ildə Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş İlqar Bağırovun həyat yoldaşı Tetyana Bağırovaya baş çəkib.
H.Cavadov bildirib ki, İrpin şəhəri atəşə tutularkən İlqar Bağırovun ziyan dəymiş mənzilinin təmirinə dəstək olublar:
"Təmir işləri artıq başa çatıb. Azərbaycanlılar üçün dəyərli olan mərhum kapitan İlqar Bağırovun ailəsinə dəstək olmaq bizim üçün şərəf məsələsidir. Biz həmişə onlara arxa duracaq, hərtərəfli yardım göstərəcəyik".
Diaspor sədrinin sözlərinə görə şəhidin evinin təmiri UABD-nin İrpen şəhərindəki nümayəndəsi Akif Dadaşovun iştirakı ilə həyata keçirilib.
UABD sədri həmçinin İrpin şəhərində müharibədən ziyan çəkmiş "Pçelka" uşaq bağçasının da təmirinə başlanacağını qeyd edib.
"Bu günlərdə Ukraynaya səfərim zamanı keçirilən görüşdə şəhər meri tərəfindən həmin bağçasının da bərpasına kömək göstərmələrinə dair müraciət olunmuşdu".
Xatırladaq ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlığa, hərbi anda sədaqətə görə İlqar Bağırov 2015-ci il, 11 yanvar tarixli qərarla ölümündən sonra 3-cü dərəcəli "Şücaətə görə" ordeni ilə təltif olunub.
Həmçinin İrpin İqtisad Kollecində 2015-ci ilin 23 dekabr tarixində İlqar Bağırovun şərəfinə xatirə lövhəsinin açılışı olub.\Oxu.az










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1038 Tarix: 12 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabr