Ayın sonuna karantinlə bağlı yeni QƏRAR GÖZLƏNİLİR

Ayın sonuna karantinlə bağlı yeni QƏRAR GÖZLƏNİLİRSon zamanlar dünyada koronavirusa yoluxma halları artır. Bununla bağlı Azərbaycanın səhiyyə qurumları da xəbərdaredici məlumat yayıb, insanları COVID-19-la bağlı arxayınlaşmamağa çağırıblar. Rəsmi məlumata görə, koronavirusa yoluxma hallarının dünya üzrə 20, Azərbaycan üzrə isə 48 faiz artdığı bildirilib. Artımın belə davam etməsi halında müəyyən tədbirlərin həyata keçiriləcəyi istisna edilməyib.

İctimaiyyəti narahat edən məsələ sərt karantin qaydalarının yenidən tədbiqi ilə bağlıdır.

Bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, koronavirus pandemiyası bu gün hələ də aktualdır.

Deputat son günlər ölkəmizdə də yoluxma hallarının artmasına diqqət çəkib:

"Yoluxma halları son zamanlar yenə də artmaqdadır. Bir ay əvvəl yoluxma 5 nəfər civarında idi. İndi isə yayılan statistikaya əsasən yoluxma 50 civarındadır. Buna görə də, Səhiyyə Nazirliyi və TƏBİB virusa yoluxma tempinin belə artması halında tədbir görüləcəyini açıqlayıb. Bu gün yoluxma 48 faiz artıb. İndi mən hansı karantin qaydalarının yenidən tətbiq ediləcəyini deyə bilmərəm. Bunu mütəxəssislər deyə bilər. Ancaq artım sürətlə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi, əlbəttə, labüd olacaq".

M.İbrahimqızının sözlərinə görə, bu ayın sonuna kimi məsələ ilə bağlı bir nəticə çıxarılacaq:
Ayın sonuna karantinlə bağlı yeni QƏRAR GÖZLƏNİLİR"İndi həm də elə bir fəsildəyik ki, insanların miqrasiyası, hərəkətliliyi dinamikdir. İnsanlar çimərliklərə, istirahət yerlərinə, sağlamlıq mərkəzlərinə gedir. Burada insanlar sıxlıq şəraitində olur, nəticədə təmaslar artır. Təmasların artması da yoluxmanı artırır. Ancaq bu saat nə Səhiyyə Nazirliyi, nə TƏBİB, nə də Operativ Qərargah hansı qadağanın tətbiq ediləcəyini deyə bilir. Düşünürəm ki, bu ayın sonuna qədər məsələ dəyərləndiriləcək. Bilirsiniz, hər tətbiq olunan qadağa xəstəliyə yoluxan hər bir kəsin təhlili nəzərə alınmaqla qərarlaşdırılır. Yəni xəstəliyin yoluxuculuğu, peyvəndlənmə prosesinin səviyyəsi kimi məsələlərə diqqət yetirilir. Yoluxma çoxala bilər. Ancaq bu o mənaya gəlmir ki, mütləq qadağalara gediləcək. Yəni bu məsələ kəmiyyətə yox, həm də keyfiyyətə görə dəyərləndirilir".

Deputat sərt karantin qaydalarının tətbiqini gözləmədiyini bildirib:

"Bizim ölkədə insanlar peyvənd olunub, eyni zamanda yoluxmalar nəticəsində kütləvi immunitet də yaranıb. İndi bu xəstəlik çoxalsa da, bir növ qripin başqa ştammına çevrilib. Qeyd edim ki, ötən əsrin ortalarında qrip deyəndə bütün dünya lərzəyə gəlirdi. İndi qrip adi bir xəstəliyə çevrilib. Eyni zamanda, koronavirus da artıq zəifləyib. Ölüm halları da çox şükür azdır. Yenə deyirəm, hər halda bu məsələ ayın axırına kimi təhlil olunacaq və bir qərara gəlinəcək. Ancaq mən düşünmürəm ki, sərt qadağalar tətbiq ediləcək. Bəli, koronavirus ilk dövrlərdə çox qorxulu idi. Çünki virus təzə, peyvənd isə yox idi. İnsanlar virusla bağlı məlumatlı deyildi. İndi isə güclü maarifləndirmə nəticəsində insanlarda virusa qarşı özünümüdafiə mədəniyyəti yaranıb. Məsələn, mən özüm hələ də çox insan olan yerlərə getmirəm. Marketə gedəndə maskadan istifadə edirəm. Peyvəndləmə də olduğu üçün mən düşünmürəm ki, koronavirusla bağlı əvvəlki kimi təşviş olsun, yaxud sərt karantin qaydaları tətbiq edilsin".

"Ancaq vətəndaşlar yenə də özünü qorumalıdır. İndi xeyir işlərə, mərasimlərə icazə verilib. İnsanlar bundan sui-istifadə edib ağını çıxartmamalıdır. Peyvənd sertifikatlarına nəzarət artmalıdır. İndi yay mövsümü ilə əlaqədar müxtəlif yerlərə gedirik, toylara da gedirik, ancaq görürəm ki, əvvəlki kimi sertifikatlara nəzarət yoxdur. Amma bu məsələdə arxayınlıq olmamalıdır", - deyə deputat bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5175   Tarix: 12 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr