Amerikalı alim qaziləri və müharibə əlilərini ölümə aparan yoldan danışıb

Amerikalı alim qaziləri və müharibə əlilərini ölümə aparan yoldan danışıbSon günlərdə Azərbaycanda qazilər və müharibə əlilərinin özünü öldürmə və zərər verməyə cəhd hadisələrinin sayının artması təəssüf doğurur. Araşdırmalar onu deməyə əsas verir ki, həmin veteranlar müharibədə aldıqları travmaların təsirindən bu kimi anormal davranışlar sərgiləməyə davam edirlər.

Qeyd edək ki, tarixin bütün dövrlərində müharibələrin yaşandığı ölkələrdə bu kimi hadisələrin bənzərinə rast gəlmək olar. Müharibə veteranlarının döyüşlərdə aldığı travmanın təsirindən zehni, emosional və mənəvi zədələrlə özünü büruzə verən sindromun diaqnozu ilk dəfə ABŞ-da qoyulub. Belə ki, 1964-1975-ci illərdə baş vermiş Vyetnam müharibəsindən sonra yüzlərlə müharibə vereranı intihar edib. Mütəxəsislər "Vyetnam sindromu" termini ilə baş verənlərinin görünməyən tərəflərini ortaya çıxarıblar. Məsələni elə yerində araşdırıb, bütün ömrünü posttravmatik stress pozuntusu (PTSD) sindromunun müayinə və müalicəsinə həsr etmiş amerikalı alimlə həmsöhbət olduq.

Sonxeber.az "Report"a istinadən bildirir ki, 45 il posttravmatik stress pozuntusu halları ilə bağlı elmi araşdırmalar aparan və 350-dən çox nəşrin, o cümlədən 28 kitabın və monoqrafiyanın müəllifi olan, Amerika Psixiatriya Assosiasiyasının Ömürlük fəxri üzvü, ABŞ Veteranlarla İş Departamentinin Travma Sonrası Stress Pozuntusu Milli Mərkəzinin icraçı direktoru, Prof.Dr Metyu Fridman müharibə veteranlarını ölümə aparan yoldan və bu sahədə bilinən və bilinməyənlər danışıb.

Professor bildirib ki, o karyerasını posttravmatik stress pozuntusunun səbəblərini və müalicə üsullarını müəyyən etməyə və psixoloji vəziyyəti müharibə və digər sarsıdıcı təcrübələr nəticəsində zədələnmiş şəxslərin müdafiəsinə həsr edib.

Rəhbərlik etdiyi mərkəzin PTSD üzrə dünyanın aparıcı tədqiqat və təhsil mərkəzi olduğunu deyən professor əlavə edib ki, orada aparılan ciddi araşdırmalar və ABŞ-da veteranlara verilən xidmətlər nəticəsində bu problemdən əziyyət çəkən kütlənin sayında ciddi azalma müşahidə olunub.

M.Fridman müharibədən qayıdan veteranlarla təcrübə və müalicə prosedurlarını qələmə aldığı "Müharibə zonasından sonra - Geri qayıdan əsgərlər və onların ailələri üçün praktiki bələdçi" ("After the War Zone -A Practical Guide for Returning Troops and Their Families") kitabının postmüharibə dövrünü yaşayan ölkələrdəki mütəxəsislər üçün vacib vəsait olduğunu dilə gətirib.

O, PTSD sindromunun əksər hallarda olduqca dəşhətli fəsadlarla özünü büruzə verdiyini və müalicə olunmadığı hallarda qurbanını ölümə məhkum etdiyini deyib: "İnsan beyninin travmaya məruz qalma riski bir növ olaraq təkamül etdiyimizdən bu yana həyatımızın bir hissəsi olub. Travmatik bir hadisədən sonra vaxt keçdikcə, zehninizin və bədəninizin sağaldığını və hərəkət etdiyini düşünmək təbiidir. Ancaq travma sonrası stress pozğunluğunun simptomları aylar və ya illər sonra ortaya çıxa bilər. Depressiya və ya qəzəb kimi görünə və hiss edilə bilsə də, PTSD fərqlidir. PTSD dəhşətli bir hadisə ilə başlayan, beyində və vücudda şiddətli narahatlığa səbəb olan psixi sağlamlıq vəziyyətidir. Travmaya məruz qalan beyin simptomlarla başlayıb bütün həyatı əlinə alır və travmatik hadisə ilə bağlı xatirələri sanki ilk dəfə baş verirmiş kimi yenidən yaşayırsınız. Qorxu günahkar və ya şübhəli hiss etməyə səbəb ola bilər. Bu duyğular fiziki olaraq titrəmə, baş ağrısı, ürək döyüntüsü və panik atak şəklində özünü göstərə bilər".

Professor qazanılmış təcrübələr nəticəsində xəstəliyin müalicəsinin olduğunu deyib: "Yaxşı xəbər budur ki, effektiv müalicələr var. Bununla bağlı xüsusi dövlət proqramları tərtib olunmalı, döyüş bölgəsində travmaya məruz qalan döyüşçü və mülki şəxslərə diaqnoz qoymaq, onları müalicə etmək üçün müvafiq resurslar hazırlanmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1930   Tarix: 14 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr