"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ
Qaz xətlərinin keçdiyi ərazilərin zəbt olunmasının qarşısını almaq məqsədilə sentyabr ayından etibarən yoxlamaların keçirilməsi nəzərdə tutulur.
"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin şöbə rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bununla bağlı addımların atılması üçün Nazirlər Kabinetinin müvafiq qərar verəcəyi gözlənilir.
"Qaz xətləri ilə bağlı bizə şikayətlər daxil olur. Bu kimi hallara əsasən həyət evlərində, çoxmərtəbəli binaların birinci mərtəbələrində rast gəlinir. Sakinlər qaz xətti keçən ərazini hasara alaraq orada özləri üçün bağça düzəldirlər və qaz kəməri bu bağçanın içində qalır. Bizə bununla bağlı qonşular tərəfindən şikayətlər daxil olur. Maraqlı məqamlardan biri də odur ki, yerli icra orqanları tərəfindən də bununla bağlı bizə yazanlar olur. Lakin "Azəriqaz"ın həmin hadisəyə təsir imkanları minimumdur, nəinki həmin o məktubu yazan yerli icra orqanlarının. Çünki bizim belə bir səlahiyyətimiz və işçi qüvvəmiz yoxdur ki, orada hər hansı söküntü işlərini aparaq", - deyə İlkin Behbudov qeyd edib.
O əlavə edib ki, belə hallar həm orada yaşayan abonentlərin təhlükəsizliyinə, həm də şəhərin görüntüsünə xələl gətirir.
"Hazırda bu işlər davam etdirilir, amma əsas məsələ odur ki, biz ölkə başçısının Fərmanı ilə bu kimi halların müəyyən edilməsi üçün yoxlamaların keçirilməsinə yaxın müddətdə, çox güman ki, sentyabr ayından başlayacağıq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarını gözləyirik", - deyə İlkin Behbudov bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı