Koronavirusa yoluxma üçrəqəmliyə çatdı: Pandemiya yenidən qüvvətlənir? - FOTO
Son günlər koronavirusa yoluxanların sayında artımın müşahidə olunması, hətta iyulun 14-də Azərbaycanda sutka ərzində 174 nəfərə çatması insanlar arasında müəyyən qədər narahatlığa səbəb olub. Bəzi insanlar yenidən sərt karantin günlərinin qayıdacağını düşünürlər. Bəzi sosial platformalarda "maskalı günlər geri qayıdır" başlığı ilə narahatedici xəbərlər də yayılır.
Maraqlıdır, növbəti aylarda yoluxma sayı üçrəqəmli həddə qala və pandemiya yenidən qüvvətlənə bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyev payıza doğru yoluxma sayının sürətlə artacağının gözlənilən olduğunu deyib:
"Yoluxma sayında artım müşahidə olunur. Bunun səbəbi yoluxub-sağalanlar və peyvənd olunanlar arasında immunitetin yavaş-yavaş azalması və xəstəliyə həssaslığın artması ilə bağlıdır. Zaman keçdikcə immunitetdə zəifləmə olur. Bu da xəstəliyə olan həssaslığı artırır. Təbii ki, indi bu şəkildə artma müşahidə edilsə də, ciddi bir şey yoxdur. Payıza doğru yoluxmanın sürətlənəcəyi gözləniləndir. Çünki Günəşin aktivliyinin azalması, insanların evlərə çəkilməsi, havalandırmaların azalması yoluxmanın artmasına gətirib çıxara bilər".
İnfeksionist qeyd edib ki, aktiv xəstə sayı çox olsa da, xəstəxanaya müraciət edənlərin sayı az olacaq:
"Bizdə kollektiv immunitet formalaşıb. Aktiv xəstə sayı çox olsa da, əksəriyyət xəstəliyi evdə keçirəcək. Xəstəxanaya müraciət edənlərin sayı az olacaq. Güclü məhdudiyyətlərin olacağını düşünmürəm. Payıza doğru virusa yoluxanların sayı üçrəqəmli həddə qala bilər".
M.Əliyevin sözlərinə görə, risk qrupuna daxil olan şəxslər mütləq şəkildə peyvənd olunmalıdırlar:
"İnsanların qanında antitellər azalıb. Bu da xəstəliyə yoluxmanı artırır. Ona görə ikinci buster dozanın vurulması gündəmə gəlib. Kim xəstələnmək istəmirsə, peyvənd olunmalıdır. Maksimum dərəcədə özünü qorumalıdır. Risk qrupuna daxil olan şəxslər mütləq şəkildə peyvənd olunmalıdırlar. Kim xəstəliyə yoluxub-sağalıbsa, onun peyvənd olunmasına ehtiyac yoxdur".
Qeyd edək ki, son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı altı faiz artıb. İyulun 4-ü və 10-u arasında dünyada 5,7 milyon nəfər COVID-19-a yoluxub. Eyni zamanda, ötən həftə ərzində 9,8 min nəfər vəfat edib. Bu günədək dünyada koronavirusa yoluxanların sayı 565 milyon nəfəri, ölənlərin sayı 6,3 milyon nəfəri ötüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı