DTX-nin həbs etdiyi generalın altı milyonluq vergi borcu - YENİ DETALLAR

DTX-nin həbs etdiyi generalın altı milyonluq vergi borcu - YENİ DETALLARDövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun mənimsəmədə istifadə etdiyi şirkətlərin külli miqdarda vergi borcu olduğu üzə çıxıb.

"Qafqazinfo"nun məlumatına görə, M.Rəsulovun vəzifə səlahiyyətlərindən istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq DGK-nın digər vəzifəli şəxsləri vasitəsilə "Azərterminalkompleks" Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında "Azerbaijan Legal Consulting İnternational Services" MMC, "Nanoc" MMC, "Veqa-Servis" MMC, "Meqan Group" MMC, "Omega Servis IKO" MMC, "Delta Servis İKO" MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Araşdırma nəticəsində general-mayor M.Rəsulovun ümumilikdə 6 256 353,51 manat vergi borcu olduğu məlum olub.

Belə ki, təkcə "Veqa-Servis" MMC-nin vergi borcu 4 925 378,49 AZN-dir. 2010-cu ildə yaradılan şirkətin qanuni təmsilçisi İsrafilov İlqar Aydın oğludur. Şirkətin hüquqi ünvanı Qobustan şəhəri, Yeni Massivdir.

"Delta Servis İKO" MMC isə 2018-ci ilin iyununda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Novruzov Rövşən Tələt oğludur. Adıçəkilən şirkətin də dövlətə külli miqdarda vergi bocu var. Hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Maqsud Əlizadə, ev 120, m.1 olan "Delta Servis İKO" MMC-nin hazırda vergi borcu 161 001 manat təşkil edir.

"Omega Servis IKO" MMC-nin də qanuni təmsilçisi Rövşən Novruzovdur. Bu şirkətin də hüquqi ünvanı "Delta Servis İKO" ilə eynidir. 2018-ci ildə dövlət qeydiyyatına alınan şirkətin vergi borcu yarım milyon manatdan çoxdur. Bu, 534 539,01 manat deməkdir.

"Nanoc" MMC isə 2019-cu ilin fevralında qeydiyyata alınıb. Bu şirkətin də hüquqi ünvanı Nərimanov rayonudur. Şirkət Əhməd Rəcəbli ev 23A-da qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi Dadaşov Zamiq Alşah oğludur. "Nanoc" MMC-nin də dövlətə vergi borcu var. Bu, 33 715,95 AZN-dir.

"Meqan Group" MMC-nin isə hüquqi ünvanı Quba rayonu, Amsar kəndi, qanuni təmsilçisi isə Vladimir Sementsov Alekseyeviçdir. 2019-cu ildə dövlət qeydiyyatına alınan şirkətin vergi borcu 601 719,06 manatdır.

"Azerbaijan Legal Consulting International Services" MMC barəsində isə rəsmi mənbələrdə heç bir məlumata rast gəlmək mümkün deyil.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1771   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr