Maskalı günlər geri qayıdır - "Günahkar vətəndaşlardır"
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, 1 may 2022-ci ildən etibarən Azərbaycanda tibbi maska taxmaq tələbi ləğv edilib. Buna baxmayaraq, səhiyyə naziri Teymur Musayev əhaliyə qapalı məkanlarda, xüsusilə avtobus və metroda tibbi maskadan istifadəni tövsiyə edir. Son günlər dünya ölkələrində COVID-19-a yoluxma artdığından, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkələrə çağırış edərək maska rejiminə qayıtmağı məsləhət görür.
Sonxeber.az xəbər verir ki, məsələ haqqında Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Muatafanın sözlərinə görə, maska ilə bağlı xəbərdarlıq edilibsə, tələb də olacaq:
"Narahatlıq üçün əsaslar var. İnsanlar qorunmurlar, şəxsi gigiyenaya əməl etmirlər. Söhbət maskadan getmir, amma toyda, yasda, ictimai nəqliyyatda rahat vəziyyətdə, sanki yoluxma sayı artmayıbmış kimi hərəkət edirlər. Maska tələbənin olması mümkündür. Hər kəs ehtiyatlı olmalıdır, şəxsi gigiyena qorunmalıdır. Maska tələbi yenidən qüvvəyə minərsə, bunda özünü qorumayan vətəndaşların payı az olmayacaq. Təbii, çətin günlərə qayıtmağı kimsə istəmir, amma əhalinin sağlamlığı baxımından bu olmalıdır".
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirusa 155 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə vəfat edib. Aktiv xəstə sayı isə 650 nəfərə çatıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı