Vəzifə verilən prokurorlar
Prokurorluqda çalışan əməkdaşlar müntəzəm olaraq müxtəlif yüksək vəzifələrə təyinatlar alıblar. Hazırda bir neçə ali dövlət təsisatının rəhbəri, o cümlədən ədliyyə naziri və Ali Məhkəmənin sədri də sabiq prokurorlardır.
"Qafqazinfo" xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov sabiq Sumqayıt şəhər prokuroru, Ali Məhkəmənin sədri Ramiz Rzayev isə sabiq hərbi prokuror olub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev də bir müddət prokurorluq sistemində yüksək vəzifə tutaraq, uğurlu fəaliyyət göstərib.
Bundan əlavə, bu gün məhkəmə sistemində strateji əhəmiyyətə malik məhkəmə sədrlərinin bir neçəsi prokurorluq orqanlarında qulluq edib: Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Ağayev, bir neçə rayon (şəhər) məhkəmələrinin sədrləri və hakimləri. Həmçinin, Konstitusiya Məhkəməsinin də bir neçə hakimi, o cümlədən İsa Nəcəfov və Mahir Muradov da böyük nüfuza sahib olan prokurorlardan olublar.
Bundan əlavə, Dövlət Təhlükəsizliyi Xidmətinin bir neçə müavini, ədliyyə nazirinin bütün müavinləri, Prezident Administrasiyasının bir neçə sektor müdiri, Nazirlər Kabinetinin bir neçə şöbə müdiri və Milli Məclisin deputatı Əminə Ağazadə sabiq prokurorluq əməkdaşı olublar.
Qeyd edək ki, bir müddət öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq prokuroru Samir Mahmudov Prezident Administrasiyasının "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin icraçı direktoru, sabiq Bakı şəhər prokuroru İlqar Abbasov isə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyinat alıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı