Səfər Mehdiyevin həbsinə hazırlıq gedir
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifədən azad edilməsiylə bağlı xəbər gözlənilməz olmadı. DGK-nın Əməliyyat-istintaq Baş İdarəsinin rəisi, general-mayor Məsum Rəsulovun saxlanılaraq istintaqa cəlb edilməsindən sonra bu qurumun ətrafında yaranan ajiotaj daha da böyümüşdü. General Rəsulova qarşı irəli sürülən ağır ittihamın ardınca DGK-nın daha bir neçə vəzifəli şəxsinin saxlanılması Səfər Mehdiyevin başının üzərində qara buludların dolaşdığına şübhə yeri qoymadı.
Sonxeber.az xəbər verir ki, DGK Azərbaycanda vətəndaşların ən çox narazı qaldığı dövlət qurumlarının başında gəlir. Gömrükdəki qanunsuz ödənişlər, xüsusilə iş adamlarına münasibətdə tətbiq ediən özbaşınalıqlar Səfər Mehdiyev və komandasıyla bağlı sərt tədbirlərin görülməsini qaçılmaz etmişdi. Qısa müddət ərzində DGK-nın 2 generalının həbs edilməsi artıq bu prosesə start verildiyini göstərir.
Əldə etdiyimiz məlumata görə, Səfər Mehdiyev vəzifədən getməklə canını qurtara bilməyəcək. Hazırda hakimiyyətin yuxarı eşelonlarında onun həbsiylə bağlı ciddi müzakirələrin aparıldığı bildirilir. Məlumatlı şəxsin dediyinə görə, hüquq-mühafizə orqanları bu həbsin ən qısa müddətdə reallaşması üçün artıq hazırlıqlara başlayıb. (yenisabah.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı