Deputatdan Səfər Mehdiyevlə bağlı açıqlama: "Xoşagəlməz hal baş verərsə, hər kəs cəzasını alacaq"
"Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edildiyi barədə məlumatı yeni eşitdik. Hər hansı bir qurumda bütün işlərə nəzarət, işin qurulmasının məsuliyyəti, əlbəttə ki, bir nəfərin üzərindədir. Komitədə nələr baş verdiyini, yəqin, hüquq-mühafizə orqanları, aidiyyəti qurumlar araşdıracaqlar. Təkrarən hər hansı bir xoşagəlməz hal baş verərsə, qanun çərçivəsində hər kəs cəzasını almalıdır. Buna uyğun tədbir görülməlidir, başqa cür mümkün deyil. Hər kəs gördüyü işin məsuliyyətinə görə cavab verməlidir"
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat bildirib ki, son vaxtlar cənab Prezident bütün sahələrdə islahatlar aparır: "Müasir tələblərə cavab verə bilməsi üçün bütün sahələrdə yeniliklər, dəyişikliklər edilir. Ola bilsin ki, Dövlət Gömrük Komitəsi barədə də nəsə düşünülür. Gələcəkdə nə olacaq, bununla bağlı heç nə deyə bilmərəm. Görünür, bu günün tələblərinə cavab verməyən qurumlar ya kadr sarıdan dəyişdirilməlidir, ya da struktur dəyişikliyi edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı