Hədəf Rusiyanı çökdürmək deyil, budur - Sensasion iddia

Hədəf Rusiyanı çökdürmək deyil, budur - Sensasion iddiaRusiyaya qarşı yeganə və həlledici sanksiya neft və qaz qiymətlərinin aşağı səviyyələrdə qalması ola bilərdi, hətta olmalı idi ki, birbaşa təsir etsin və dünyada da problemlər, inflyasiya yaranmasın.

Sonxeber.az Axar.az-a istinadla xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli bölüşüb.

O, buna nail olmağın yollarını da paylaşıb:

1. İrana qarşı enerji sanksiyaları götürülürdü, nəticədə İranın neft bazarına çıxaracağı əlavə 2,5 mln. barrel neft qiymətləri aşağı səviyyədə tutmağa kömək edəcəkdi. Bundan başqa İranın böyük qaz potensialına investiya qoymaqla bu ölkənin dünyaya, əsasən AB ölkələrinə qaz nəqlini təşkil etmək olardı;

2. Venesuelaya qarşı sanksiyalar götürülməli idi, nəticə bu ölkə dünyaya indiki kimi günə 700-800 min barrel deyil də, 3 mln. barrel neft sata bilərdi, bu da qiymətləri aşağı salacaqdı;

3. Liviyada vətəndaş müharibəsi beynəlxalq güclər tərəfindən aradan qaldırılırdı, ölkə birləşirdi, nəticədə Liviya dünya bazarına əlavə 1-1,5 mln. barrel neft çıxara bilərdi;

4. OPEK təşkilatına qarşı beynəlxaq cinayət işi açılmalı, bu təşkilatın kartel sövdələşməsi ilə qiymətləri yüksəltmək cəhdi anti-inhisar qanunlarına və bazara nəzarət qaydalarına görə cinayət sayılmalı, qurum ləğv edilməli idi. Qurumun ölkələrə kvota qoymaq yetkisi tam əlindən alınmalıdır, OPEK ancaq neft bazarının elmi proqnozlaşdırılması, yeni texnologiyaların mübadiləsi işi ilə məşğul olmalıdır…

Ekspert qeyd edib ki, əgər dünyanın, ABŞ və AB-nin fikri Rusiyaya ziyan vurmaq idisə, məhz bu addımlar atılmalı idi, neft 30-40 dollar, qaz 150-200 dollar olsaydı, Rusiya iqtisadiyyatı maksimum 2 il bu qiymətlərə dözə bilərdi – başqa heç bir sanksiyaya ehtiyac qalmayacaqdı:

"Belə qiymətlər olsaydı və heç bir sanksiyalar qoyulmasaydı, bu gün dollar 180-200 rubl olardı, çünki Rusiya bazarını tərk edən şirkətlər ordan valyuta çıxamağı da dayandırır.

Etmədilər, öz ayaqlarına güllə vurdular, dünyada inflyasiyanı şişirt0dilər, çünki daha böyük gündəmləri, hədəfləri var – Yeni Enerji Keçidi. Bu keçidin baş tutması, özəl sektorun marağının artması üçün mütləq neft-qaz qiymətləri baha olmalıdır, ucuz ənənəvi enerji daşıyıcıları alternativ enerjiyə keçidin əsas düşmənidir. Həm də ucuz neft səyahətləri artırır, uçuşları çoxaldır, maşınlardan daha çox və daha intensiv istifadəyə səbəb olur ki, bu da qlobal gündəlik yaradan bir ovuc güclü oyunçular üçün yolverilməzdir, onların hədəflərinə uyğun deyil.

Deməli, əsas hədəflər başqadır, Rusiyanın aqressiyasının qarşısına almaq deyil, çünki bu gün baha neft-qaz qiymətləri Rusiyaya sanksiyalardan öncəki zamana görə 2,5 dəfə daha çox pul qazandırır, həm də enerjinin fiziki azlığı, çatışmazlığı Rusiyaya əlavə təzyiq alətləri verir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2105   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?

Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ

19 oktyabr
.

Rusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına

19 oktyabr
.

Reuters: "Trampın seçkilərdə mövqeyinin zəifləməsi ABŞ-ın müttəfiqlərinə yeni imkanlar yarada bilər"

ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərdən sonra Konqresdə qüvvələr nisbətinin dəyişməsi Donald Tramp administrasiyasının xarici siyasətinə təsir göstərə bilər. Reuters-ə istinadən xəbər verir ki, Avropa ölkələri, Kanada və Şərqi Asiyadakı ABŞ müttəfiqləri Ukraynanın müdafiəsi, NATO, ticarət münasibətlər

19 oktyabr
.

Rus ordusu Omelniki işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

19 oktyabr
.

Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində

20 oktyabr
.

Polşa Ukraynanın qərbindəki hücumlardan sonra hava hücumundan müdafiə sistemlərini gücləndirir

Polşa Rusiyanın Ukraynaya hücumlarından sonra yenidən hava hücumundan müdafiə sistemlərini aktivləşdirib. Sky News-a istinadən xəbər verir ki, Varşava qərbi Ukraynaya hücumlar zamanı hava hücumundan müdafiə sistemlərini tez-tez gücləndirir və Rusiya və naməlum dronların NATO ölkələrinə hücumları getdikc

20 oktyabr
.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19 oktyabr